Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəhudi jurnalistdən dəhşətli Xocalı açıqlaması: “Qadınların sinələri qənimət götürüldü”


“Bakıda 20 yanvar faciəsi heç vaxt Qorbaçova nüfuz gətirmədi. Həmin vaxt müxtəlif ölkələr Bakı faciəsinə qiymət verdi, əsl qiyməti isə Türkiyə, İran və İsrail vermişdi. Amma İranın Bakıdakı konsulluğunun üstündən antisionist bayraq asılsa da, azərbaycanlılara daha yaxın olan yəhudilər idi. Çünki onlar uzun illər bir yerdə yaşayırdılar”


Publika.az xəbər verir ki, bu barədə Bakı yəhudisi, 90-cı illərdə Azərbaycanda jurnalist kimi çalışan Pyotr Lyukimson o dövrdəki hadisələrə həsr olunan məqaləsində deyir.

Onun sözlərinə görə, 22 yanvarda həlak olanların cəsədləri tabutda şəhərin ən yüksək yerinə dəfn edilmək üçün çiyinlərdə aparılırdı: “Burda Şəhidlər Xiyabanı yaradılmışdı. Orda torpağın altında bir-birinə ən yaxın yatanlar azərbaycanlı və yəhudilər idi. Bir müddət keçdi, Bakı normal həyata qayıtmaq istəyirdi. Senzura altında olsa da, televiziya fəaliyyətə başladı, mətbuat çıxdı. Küçələrdə, hər evin divarında “Sovet ittifaqı kommunist partiyası– faşistlərin partiyası”, “Qorbaçov Hitlerin varisidir”, “İşğalçılar, rədd olun şəhərdən” şüarları yazılmışdı. Heç nəyi xalqın yaddaşından silmək mümkün deyildi. Həmin vaxt Ermənistan yeni parlament respublikasını elan etdi. Yalnız o zaman Moskvada anladılar ki, Qarabağda baş verənlər kənardan gətirilmiş döyüşçülər tərəfindən həyata keçirilib – Livandan və müxtəlif yerlərdən gələn ermənilər azərbaycanlılara qarşı vəhşi hərəkətlər etmişdi. Yalnız bu, son deyilmiş.

Bu hadisələr davam etdiyi vaxt, Ermənistandan gəlmiş “uzunsaqqallılar” Azərbaycan televiziyasını partlatmaq istədilər, amma onlar əsir götürüldü. Erməni tərəfi isə onların “milis” (polis-red) olduğunu iddia etdilər. Amma çoxlarına məlum idi ki, onlar məşhur erməni terroristləridir. Həmin vaxt ermənilər silahlanmanı gücləndirdi və Qarabağa hərəkətə keçdilər”.


P. Lyukimson qeyd edir ki, müharibə 1991-ci ildə başlandı. Onun sözlərinə görə, hücuma keçən ermənilər kişiləri girov götürdü: “Qadınlarsa zorlandı. Bir kənddə isə bütün qadın və uşaqları anbara salaraq yandırdılar. Azərbaycan mətbuatı qarnı yarılmış hamilə qadının kömürə dönmüş cəsədinin fotosunu dərc etdi. Əlverişli şəraitdən istifadə edən Ermənistan Qarabağda və ətraf rayonlarda irihəcmli hərbi əməliyyatlara başladı. Başqa ölkənin ərazisini işğal etmələrini ermənilər həmişəki kimi “özünümüdafiə” adlandırırdı. 1991-1992-ci ildə Ermənistan bəyan etdi ki, Azərbaycan torpaqlarına iddialı deyillər və Qarabağda insan hüquqlarının müdafiəsinə çalışırlar. Bütün bunlar “dünya ictimai rəyi” ilə qəbul edildi və təcavüzkar Ermənistan insan hüquqlarının qorunması uğrunda mübarizə aparan ölkəyə çevrildi. Dağlıq Qarabağda referendum keçirildi və  qondarma olan, amma özlərini ayrıca respublika elan edən “Dağlıq Qarabağ Respublikası” meydana gəldi. Ən maraqlısı isə, Levon ter-Petrosyanın şəxsi ordunun yaradılmasından rəsmi qaydada imtina etməsi idi. Çünki buna qədər artıq erməni ordusu yaradılmışdı. Qışın sonunda “mövcud olmayan” erməni ordusu Qarabağ və ətraf rayonlara hücuma keçdi. Azərbaycan ordusu geri çəkildi, bir sıra rayonlar tərk edildi, həmçinin Xocalı. Xocalının yüzlərlə sakininin başı kəsildi, gözləri çıxarıldı. Qadınların sinələri kəsilərək qənimət götürüldü. 
 
Sağ qalmış şahidlər danışırdı ki, dördyaşlı Azərbaycan qızı anasının gözü önündə zorlandı. Onun anası və bacılarını güllələdilər. Ardınca qaliblər cəsədi təhqir etmək üçün növbəyə düzüldü. Heç kəs Xocalı faciəsini açmağa çalışmadı. Sadəcə olaraq, quş hündürlüyündən jurnalistlər cəsədləri, yandırılmış şəhəri çəkə bildi. Həqiqətən də bu, sürrealist görüntü idi. Ermənilər tələsik car çəkdilər ki, bütün bunlar iki tərəfin müharibəsi zamanı baş verib. Tezliklə Xocalı faciəsi Azərbaycanın digər rayonlarında da təkrarlandı”.

Yəhudi jurnalist bildirir ki, bütün dünya bu gün yanlış olaraq bu qorxunc münaqişədə dil tapmağa çağırır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar