Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənovdan ayaqlarını itirən əsgərlə bağlı tapşırıq



Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı yayılan xəbərlərə Müdafiə Nazirliyi reaksiya verib


Sərxan Tahirzadənin aznews.az-a verdiyi məlumata görə, məsələ ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, onu və anasını nazirliyə dəvət ediblər.

Nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilən qazinin qarşılaşdığı problemlə bağlı söhbət aparılıb. Onun mövcud durumu, qayğıları və problemlərinin məğzi ilə maraqlanılıb.

Görüşdə S. Tahirzadənin ehtiyacları barəsində söhbət aparılması ilə yanaşı, yaranan hər hansı problem zamanı Müdafiə Nazirliyində müvafiq qurumla əlaqə saxlaması üçün ona telefon nömrələri də verilib.

S. Tahirzadəyə deyilib ki, Müdafiə Nazirliyi hər zaman onun qayğılarına dəstək olmağa hazırdır.

Daha sonra qazini narahat edən problemlərin həllinə kömək göstərilməsi üçün müvafiq tapşırıqlar da verilib.

Qeyd edək ki, Sərxan Tahirzadə 77 manat pensiya, 150 manat da Prezident təqaüdü ilə dolana bilmədiyini, sığorta pulunu isə Dövlət Sığorta Şirkətindən ala bilmədiyini dilə gətirmişdi.

Onun anası Mahisə Tahirova isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin müdiri Bayram adlı şəxs tərəfindən təhqir olunduqlarını bildirmişdi. M. Tahirova əlavə etmişdi ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilmir, müavini isə onlara qarşı hörmətsizlik edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar