Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Akkord”a qarşı yüzlərlə məhkəmə iddiası qaldırılır


Yüzlərlə insan “Akkord” Şirkətlər Qrupunu məhkəməyə verir


Aznews.az xəbər verir ki, şirkət vətəndaşları aldatmaqda suçlanır. İddialara görə, bu şirkətdən mənzil alanlar, sonradan aldadıldıqlarını biliblər.

Daha doğrusu, mənzil alanlar sonradan mənzilin satıldığı ölçüdə olmadığını aşkarlayıblar. Məlum olub ki, hər mənzilin ölçüsündə sənəddə göstərilən sahədən 7, 8, 9, 10 kv.metr bəzi mənzillərdə isə daha çox əskiklik var.

Xatırladaq ki, bir müddət əvvəl jurnalist Anar Məmmədovun da “Akkord” tərəfindən aldadılması ilə bağlı məlumat yaymışdıq. O, açıqlamasında bildirmişdi ki, 2010-cu ilin aprelində “Akkord”un Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Uğur-2 kompleksindən mənzil alıb. Müqaviləyə görə, ümumi sahəsi 79,05 kv. metr olan mənzil üçün müqavilə bağlayıb: “Bina iki il əvvəl təhvil verildi, bir il əvvəl isə təmir etdirib mənzilə köçdüm. Təmirlə bağlı usta evin sahəsini ölçən zaman sahənin az olduğunu dedi, lakin inanmadım. Bir neçə ay əvvəl özüm mütəxəssis çağıraraq mənzilin sahəsini ölçdürdüm və acınacaqlı nəticə ortaya çıxdı. Mənzilin ümumi sahəsi müqavilədə mənə satılandan 8 kvadrat metr az idi”.

Həmkarımız məsələni hüquqi müstəvidə həll etmək istədiyini də bildirmişdi: “Artıq vəkillə danışmışam və müqaviləni təqdim etmişəm. Yaxın günlərdə məhkəmə iddiası qaldıracağıq”.

Qeyd edək ki, 2005-ci ildə təsis edilən “Akkord” Şirkətlər Qrupunun bu günədək başa çatmış infrastruktur layihələrinin ümumi dəyəri 1,7 milyard ABŞ dolları təşkil edir. Cari layihələrin ümumi dəyəri isə 1,9 milyard ABŞ dollarına bərabərdir.

Korporasiya Bakı şəhərində ümumi yaşayış sahəsi 775.000 kv.m. və qeyri-yaşayış sahəsi 56.000 kv. m. olan 10 yaşayış kompleksinin tikintisini həyata keçirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar