Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Mümkündür ki, Qərb yaxın aylarda Azərbaycana sanksiyalar tətbiq etsin”


Ərəstun Oruclu: “Azərbaycan çoxdan öz xarici siyasət prioritetlərini müəyyənləşdirməli idi ki, bu gün çarpaz atəş altında qalmasın”.


“Böyük Britaniyanın çox nüfuzlu  “Chatham House”  təşkilatının Qarabağ seperatçılarının liderini dəvət etməsi Azərbaycana çox ciddi mesajdır”.

Bu sözləri politoloq Ərəstun Oruclu soyuq savaş həddində olan Qərb-Rusiya münasibətlərinin Azərbaycana təsirini şərh edərkən bildirib.

PİA.AZ-ın əməkdaşına danışan Ərəstun Oruclu hesab edir ki, Qərb-Rusiya münasibətləri artıq soyuq savaş həddini də aşıb:

“Qərb-Rusiya münasibətləri artıq soyuq savaş həddində də o tərəfə keçir. ABŞ-da qəbul edilmiş yeni hərbi doktrinada ABŞ-a hərbi təhdid yaradan güclər kimi İŞİD və Rusiya göstərilib. Şübhəsiz ki, Rusiya tərəfindən də adekvat addımlar atılacaq. Yaxın zamanlarda Rusiya-ABŞ, Rusiya-Qərb  münasibətlərində müsbət irəliləyişlərin olacağını gözləməyə dəyməz. Çünki doktrina elə bir sənəddir ki, o strateji sənəddir və bir neçə il on illiyin siyasətini müəyyənləşdirir. Belə olan halda Azərbaycanın durumu çətinləşəcək. Çünki yuxarıda qeyd etdiyimi doktrinaya əsasən,  ABŞ maksimal dərəcədə çalışacaq ki, Rusiyanın təsir dairəsini daraltsın.  O cümlədən biz  artıq possovet məkanında - Ukraynada, Ermənistanda nələr baş verdiyini görürük. Qırğızstanda sabitlik yoxdur, narahatlıqlar mövcuddur. Buna görə Rusiya da çalışacaq ki, öz təsir dairəsini heç olmasa possovet ölkələrə mütləq şəkildə yaya bilsin. Bu isə bir çox possovet ölkələrində, eyni zamanda AzərbaycanAzərbaycan ətrafında da gərginlik yaradacaq.  Azərbaycan onsuz da dünyanın qeyri-sabit nöqtələrindən birinə - Yaxın Şərqə çox yaxındır. Coğrafi baxımdan bizi İran ayırır. Lakin Suriyada, İraqda artıq azərbaycanlılar döyüşürsə, bir çox mətləblərdən xəbər verir. Hər halda düşünürəm ki, gərginlik artacaq. 

Bu gün Azərbaycan hakimiyyətində də güclü bir qruplaşma çox kəskin və barışmaz anti-Qərb mövqeyi tutub. Ehtimal etmək olar ki, Qərb dövlətləri, Avropa Birliyi dövlətləri, ABŞ bu mövqeyə uzun müddət etinasız qala bilməyəcəklər və artıq qalmırlar. Məsələn, Böyük Britaniyanın çox nüfuzlu  “Chatham House”  təşkilatının Qarabağ seperatçılarının liderini Britaniyaya dəvət etməsi Azərbaycana çox ciddi mesajdır. 

Ərəstun Oruclu: “Bu gün Azərbaycan hakimiyyətində də güclü bir qruplaşma çox kəskin və barışmaz anti-Qərb mövqeyi tutub”.


Bundan başqa, AŞPA-da qəbul edilmiş qətnamə və Qarabağla bağlı dəyişiklik də bura daxildir. Azərbaycan çoxdan öz xarici siyasət prioritetlərini müəyyənləşdirməli idi ki, bu gün çarpaz atəş altında qalmasın. Məsələ burasındadır ki, heç Rusiya da Azərbaycana etibarlı tərəfdaş deyil. Rusiya ümumiyyətlə etibarlı tərəfdaş deyil. Azərbaycandakı Rusiya tərəfdarları geniş təbliğat aparmağa başlayıblar ki, guya Rusiya ilə əməkdaşlıq müqabilində Qarabağın işğal olunmuş bir sıra rayonları geri qaytarılacaq, amma biz gördük ki, Rusiya Ermənistandakı iğtişaşlara görə Yeravana 200 milyon dollarlıq silah verdi. Bu silah kimə qarşı yönələcək? Təbii ki, bizə qarşı. Demək istədiyim odur ki, artıq xarici siyasət prioretlərini müəyyənləşdirmə mərhələsi ötürülüb deyə Azərbaycanı ciddi problemlər gözləyir. Düşünürəm ki, hakimiyyət də bunu nəzərə alır və son zamanlar yanlış olmasına baxmayaraq müəyyən gedişlərdə də bunu anlayır. 

Politoloq həmçinin yaxın zamanda Azərbaycanla Qərb arasında yaranan soyuqluğun iqtisadi əməkdaşlığa da təsir edəcəyini istisna etməyib:

“Məncə, çox yaxın zamanlarda Azərbaycanla Qərb arasındakı soyuq münasibətlər gələcəkdə iqtisadi əməkdaşlığa təsir göstərəcək. Başqa cür mümkün deyil. Hesab edirəm ki, AŞPA-da Azərbaycanla bağlı son qəbul olunmuş qətnamə sanksiyalara yol açan qətnamədir və mümkündür ki, yaxın aylarda Azərbaycana qarşı sərt sanksiyalar başladılsın”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ən çox oxunanalar