Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS TV bağlansa da, Mirşahin ümidlidir


Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də ANS telekanalının qapadılması ilə bağlıdır


İyulun 18-də gözlənilmədən ANS telekanalının yayımı dayandırıldı. 

İlkin olaraq tv-nin qapadılma səbəbi kimi, ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsi göstərildi və bu müsahibənin efirə verilməməsi üçün telekanalın qapadıldığı deyildi. 

Əməkdaşlar şirkətdən çıxarıldı, qapılara polisin iştirakı ilə möhür vuruldu. Rəsmi qərar isə bir gün sonra, yəni iyulun 19-da elan edildi. Məlum oldu ki, Milli Televiziya və Radio Şurasında (MTRŞ) iclas keçirilib və ANS-lə bağlı məsələ müzakirə edilib. Verilən qərarla ANS Müstəqil Yayım və Media Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb.  

MTRŞ tərəfindən mediaya verilən bəyanatdan əsas hissələr: "Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib".

Bu qərardan sonra ANS TV məsələni Apellyasiya Məhkəməsinə apardı. Telekanalın gələcək taleyi bu qərardan asılı idi və qərar qəbul edildi. İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb. Məhkəmədə beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri də iştirak edib.
 
Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS TV qərarla bağlı Ali Məhkəməyə müraciət edəcək. 

"Ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq"

Bu haqda musavat.com-a açıqlamasında Mirşahin Ağayev deyib: "Vəziyyətin həssaslığını nəzərə alıb, qısa danışacağam. Bu gün məhkəmə olub. Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisneziyasına xitam verilməsi ilə bağlı qərar qəbul edilib. Təbii ki, biz bununla razı deyilik. Bu qərardan digər instansiyalara müvafiq şikayət edəcəyik. Ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq".

ANS lisenziya üçün təkrar müraciət edə bilməz

"Lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz" - bunu “Report”a açılamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib. 

O, həmçinin bildirib ki, “ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 gün ərzində kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər”.

Telekanalın taleyi həll olunmadan öncə, ANS ÇM radiosu MTRŞ-nın qərarı ilə bağlanmışdı. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, buna səbəb kimi ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları göstərilib: "Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Şura onun yayımını dayandıra bilər".

Xatırladaq ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələmişdi. 

Məlumata görə, telekanalın radio ilə birgə yüzlərlə əməkdaşı var idi. Hazırda bu qədər insanın taleyi hər kəsi düşündürür. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar