Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qərb və Rusiyanın ortaq maraq dairəsində


Siyasi təhlilçilərdən rəsmi Bakının status-kvonu saxlamasının səbəbləri barədə ilginc açıqlamalar


“Mən hesab etmirəm ki, Qərblə Rusiyanın Bakıdakı maraqları toqquşur. Yəni Azərbaycandakı əvvəlki imkanlar, neft dollarları yoxdur, ölkənin imkanları kifayət qədər zəifləyib”. 

“Turan” Agentliyinin direktoru Mehman Əliyev bunu “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, zaman-zaman Azərbaycan uğrunda mübarizənin getdiyi, Bakıdan strateji seçim etməklə bağlı konkret mövqe istənildiyi barədə məlumatlar yayılır. Hesab olunur ki, Azərbaycan üçün Qərb və Rusiya ilə münasibətlərdə status-kvonu saxlamaq, balanslı siyasətini davam etdirmək getdikcə çətinləşir. Qoşulmamaq Hərəkatına üzv olan Azərbaycanın bu mövqeyindən Qərbin və Rusiyanın məmnun olub-olmadığı da daim fərqli fikrilər ortaya çıxarır. 

M.Əliyev isə hesab edir ki, Azərbaycanda nəsə baş verirsə, ilk növbədə ABŞ aparıcı rol oynayır: “Ancaq əgər Azərbaycanla bağlı hansısa qərar olsa, müəyyən dərəcədə icraçı Rusiya olacaq. Çünki Rusiyanın burdakı imkanları kifayət qədər genişdir. Ancaq Rusiya burada təkbaşına iş aparması, siyasət yürütməsi mümkün deyil. Ona görə də bu gün tərəflər arasında Azərbaycanla bağlı hansısa ziddiyyətlərin olduğunu demək olmaz. Sadəcə olaraq iki tərəfin razılığı ilə nə isə baş verə bilər. Ancaq yenə də o fikirdəyəm ki, ABŞ Azərbaycanda aparıcı rola malikdir”. Ekspert bildirdi ki, Azərbaycanın mövcud hakimiyyəti ilə davam edib-etməmək məsələsi birinci növbədə Vaşinqtondan keçir: “Rusiya adətən, bu məsələyə dəstək verir. Əgər dəyişiklik qərarı verilsə, Rusiya məsələni sadəcə olaraq dəstəkləyəcək. Qərblə Rusiyanın Azərbaycanla bağlı maraqları bir-birindən fərqlənmir. Çünki hərə öz maraqlarını hər bir mərhələdə təmin edir. Mən burda hansısa ziddiyyət görmürəm”.

Siyasi təhlilçi Almaniya kansleri A.Merkelin Rusiyanı Qarabağ məsələsində açar rolunu oynaya biləcək dövlət adlandırmasına da münasibət bildirdi: “İndiki mərhələdə tərəfləri müharibədən çəkindirmək xətti yürüdülür. Rusiya həmişə bu rolu oynayıb. Aprel hadisələrindən sonra da saziş Moskvada imzalandı. Amma qərar tamam başqa bir yerdə verilmişdi. Sadəcə formal şəkildə nümayiş etdirildi ki, məsələ Rusiyada həll olunur”. M.Əliyev Azərbaycanın qarşısında strateji seçim etməklə bağlı tələbin qoyulmadığını vurğuladı: “Azərbaycanın qarşısına sadəcə dəyişməklə, bu idarəetmə sisteminə son verməklə bağlı tələb qoyulur. Rusiya heç vaxt insan haqları, demokratiya, bazar iqtisadiyyatı kimi məsələlərə qarışmır. Ancaq yenə də bu məsələlərə görə Rusiya Qərblə toqquşmur, belə işlərə qarışmır. Burada aparıcı rolu ABŞ oynayır. Biz SSRİ-Qərb münasibətlərini götürsək, SSRİ vaxtilə Helsinki Yekun Aktını, ATƏT-lə əməkdaşlıq sənədini, Avropa Birliyi ilə sazişi imzaladı. Bütün bu sənədlərdə SSRİ Qərbin qabağında öhdəlik götürdü ki, mən demokratiya quracağam, insan haqlarını qoruyacağam. Sonradan biz SSRİ-nin keçmiş parçası kimi, təzədən təsdiq etdik ki, biz bu sənədləri tanıyırıq. Rusiya özü də bu prosesin içindədir və biz eyni yolu gedirik. “Açar” məsələsinə gəldikdə, təkcə Qarabağın yox, bütövlükdə stabilliyin, inkişafın açarı Vaşinqtondadır. Vaxtilə Heydər Əliyev də demişdi ki, bizim Siyasi Büromuz Moskvada yox, Vaşinqtondadır. İndi o siyasi Büro hər şeyi həll edir. Diqqət etsək, İran, İraq, Suriya, Əfqanıstan və digər məsələlərin hamısında ABŞ aparıcı rol oynayır, Azərbaycan da o cümlədən. Bu, bir aksiomdur”.  

Azərbaycan uzun müddət xarici siyasətdə maraqların balansını təmin etməyə çalışsa da, prezident İlham Əliyevin liderliyi dövründə dəyişən beynəlxalq reallıqlara uyğun çevik manevrlərini də qətiyyən nəzərdən qaçırmaq olmaz”. Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur. 

Onun fikrincə, Avroatlantik məkana inteqrasiya xətti ordunun modernləşməsi və NATO-nun timsalında modern hərbi-siyasi təşkilatın yeni strategiyasından bəhrələnməyə görə nə qədər gərəkli olsa da, heç zaman regional reallıqları unutmaq olmaz: “Hər halda Putinin üçüncü prezidentliyi Rusiyanın beynəlxalq məkanda itirdiyi mövqelərin bərpası yolunda fəal siyasi və hərbi savaşlarla əlamətdar olduğundan ən düzgün nəticəni çıxaran Azərbaycan oldu. Ukrayna və Suriya uğrunda aparılan davanın nəticəsini gözləmədən Qafqazlarda açıq siyasət yürütmək, hər hansı bloka qoşulmaq ölümcülü səhv olardı”. 

Almaniya kanslerinin Rusiyaya önəm verməsinə toxunan Z.Oruc “Yeni Müsavat”a bildirdi ki, biz bir dəfə 90-larda tam Qərbyönümlü kursun acısını yaşamışıq: “Əslində rəhmətlik Dudayev apardığı mübarizənin sonunda beynəlxalq dairələrin onun müqəddəs duyğularından və xalqının azadlıq mübarizəsindən çox ustalıqla istifadə etdiklərini açıq dilə gətirmişdi. Çox təəssüflər ki, o fikirləri hazırki Ukrayna liderləri yəqin heç xatırlamırlar, üstəlik də onlar inqilabi Maydanın yetirmələri kimi daha çox Amerikanın siyasi layihəsinin məhsullarıdır. Ona görə Azərbaycan üçün Merkelin açıqlaması qətiyyən informativ məkanımızda sensasiyaya səbəb olmur. Məgər Almaniya Qərbin xeyir-duası ilə Kiyevi Rusiyanın təsir dairəsindən çıxarmağa çalışarkən birincinin qazandığı yeni Qarabağları görmür? Əlbəttə, Berlində sovet işğalından sonra ikiyə bölünmənin nə demək olduğunu yaxşı dərk edirlər. Hər halda Almaniyanı Rusiya ilə toqquşduranlar Avropada yüz ilə yaxındır ki, ağalıq edirlər. Lakin keçmiş sovet respublikalarından biri olan Ukrayna indi Krım və Donbasın hesabına Azərbaycanın 90-cı illərindən daha pis vəziyyətə düşüb. Almaniya “açar dövlət”lə yaxın illərə qədər 25 milyard dollara yaxın ticari dövriyyəyə malik idi, lakin məlum avantüra ucbatından sanksiya rejiminə qoşulmaqla bütün iqtisadi maraqlarını Vaşinqtona güzəştə gedərək əvəzində Ukraynanı qazanacağını düşünürdü və bununla da Moskvanın imperiya planlarının üstündən xətt çəkəcəyini zənn edirdi. Amma olmadı. Cızılan ssenarilərə milyardlar xərclənməsinə və Ukraynanı silahlandırıb ruslarla toqquşdurmalarına baxmayaraq, Putini iqtisadi cəhətdən çökdürüb ağır duruma sala bilmədilər. 

Rus xalqı azadlığın və avropalaşamanın dərdindən meydanlara çıxıb Kaliniqraddan Brüsselə gedən yolları bağlayan siyasi hakimiyyəti devirməyə qalxmadı, əksinə Putinin nüfuzu özünün ən yüksək nöqtəsinə məhz sanksiya illərində çatdı. Ona görə də Merkelin bəyanatını bütün sovet məkanı üçün doğru fikir saymaq olar. Azərbaycan qarşısında hazırda Avropa Birliyinin cazibəsi yüksək texnologiya və innovasiya məkanı olmaqdan o yana keçmir. Hər halda Qarabağ bizim xarici siyasi durumumuza həlledici mənada təsir edir və İlham Əliyev kimi güclü lider Yanukoviçi geopolitik inqilabla boğanların ittifaqında antirusiya blokuna qoşulmağın çox təhlükəli olduğunu yaxşı bilir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar