Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO və ABŞ arasında Türkiyə davası - nə gözlənilir?


Elxan Mehdiyev: “Amerika Alyansın əsas aparıcı ölkəsi olsa da, onun mövqeyi heç də NATO-nun qərar verməsi demək deyil”; Arzu Nağıyev: “Mən düşünmürəm ki, Türkiyəni NATO üzvlüyündən çıxara bilərlər”


Türkiyədəki dövlət çevrilişinə 15 iyul cəhdindən sonra Ankara ilə Vaşinqtonun münasibətlərində müəyyən soyuqlaşma müşahidə olunur. 

Proseslərin körükçüsü rolunda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin dayandığını bəyan edən Ankara onun ekstradisiya olunması üçün okeanın o tayına dosye təqdim etdiyini və cavabını gözlədiyini bildirib. 

Ancaq müşahidələr göstərir ki, ABŞ F.Güləni geri vermək niyyətində deyil. Üstəlik, Türkiyədən ABŞ-a qarşı dövlət çevrilişini dəstəklə bağlı ittihamların səslənməsi Vaşinqtonda sərt reaksiya doğurub. Paralel olaraq dövlət katibi Con Kerri Türkiyə hökumətini demokratik prinsiplərə riayət etməyə çağırmışdı. “Washington Post” xəbər verir ki, Kerri Türkiyədə dövlət çevrilişinə cəhddən sonra davam edən həbslər və minlərlə məmurun saxlanılması ilə bağlı narahatlığını bildirib. Bundan əlavə, Türkiyə rəhbərliyi üsyançılara münasibətdə ölüm cəzasının tətbiq ediləcəyini istisna etməyib. (virtualaz.org)ABŞ nümayəndəsinin fikrincə, bu cür hərəkətlər demokratik prinsipləri təhlükə altında qoyur və bu da öz növbəsində Türkiyənin NATO-da üzvlüyünü sual altına salır. 

Ancaq maraqlıdır ki, NATO-nun mövqeyi ABŞ-dan fərqlənir. “Son hadisələrə baxmayaraq Türkiyə ordusu, əvvəlki kimi,  güclüdür”. APA-nın məlumatına görə, bunu "Reuters" agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.  “Türkiyə qüdrətli orduya, peşəkar silahlı qüvvələrə malikdir. Əminəm ki, Türkiyə NATO-nun sadiq və güclü tərəfdaşı olmaqda davam edəcək. Eyni zamanda güman edirəm ki, rəsmi Ankaranın çevrilişlə bağlı atdığı addımlar mütənasib və NATO dəyərlərinə cavab verəcək”, deyə Y.Stoltenberq vurğulayıb.  Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi  gündəmdə deyil: “Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraqSuriya kimi ”qaynar nöqtələrin" sərhədində yerləşir"- deyə, baş katib əlavə edib.

Göründüyü kimi, NATO rəhbərliyi alyansın ən nəhəng dövlətinin rəhbər şəxsinin mövqeyini bölüşməyib və Türkiyənin dəyərli olduğunu bildirib. Ancaq məsələ burasındadır ki, Türkiyədki hərbi çevrilişlə bağlı xəbərlərdə NATO-nun da adı keçir. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova NATO-nun Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı mövqeyini tənqid edib.  Zaxarova Türkiyədəki hərbi çevriliş cəhdinin Polşanın paytaxtı Varşavada keçirilən NATO sammitindən cəmi bir həftə sonra baş verməsinə diqqət çəkib. “NATO öz üzvünü ehtimal olunan təhdid barədə xəbərdar etmədi. Ən böyük hərbi struktura və təhlükəsizlik məsələlərində hər cür imkana malik olan NATO Türkiyənin və regionun təhlükəsizliyi ilə bağlı təhdidə dair bir informasiya belə vermədi” - o deyib. Ola bilsin Rusiya məqsədli şəkildə NATO-Türkiyə gərginliyini artırmağa çalışır. Ancaq bənzər xəbərlər Türkiyədə də yayılmaqdadır. Bu isə Türkiyənin gələcəkdə NATO-dan uzaqlaşa biəcəyi ehtimalını yaradır. Rusiya-Türkiyə və Türkiyə-İsrail münasibətləri nizama salındığı bir məqamda Ankara ilə Vaşinqton arasında soyuqluğun yaranması, yaxud Türkiyənin Alyansdakı fəaliyyətinə son verməsi ciddi fəsadlara səbəb ola bilər. Bu, Kreml üçün arzuolunan olsa da, Türkiyəyə əlavə problemlər vəd edir.  

Siyasi şərhçi Elxan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ hökuməti və NATO arasında Türkiyə ilə bağlı kəskin fikir ayrılığının olduğunu düşünmür: “Amerikanın dövlət katibi mövqeyini ifadə etmişdi, daha sonra NATO-dan da münasibət gəldi. Amerika Alyansın əsas aparıcı ölkəsi olsa da, onun mövqeyi heç də NATO-nun qərar verməsi demək deyil. Bir də ki, Amerikanın daşıdığı dəyərlər, qanunun aliliyi və Amerika dövlət sistemi Türkiyədəki məsələlərə daha həssas yanaşma tələb edir. Amma NATO baş katibi Türkiyə prezidenti ilə telefon danışığından sonra bəyanat vermişdi ki, çevrilişi pisləyir və demokratik dəyərlərə hörmətlə yanaşmağı, qanunun aliliyinin təmin olunmasını istəyir. Bənzər fikirlər ABŞ-dan da gəldi. Hər iki tərəf eyni fikirlər ifadə edib. Bildiriblər ki, Türkiyədə qanunun aliliyinin təmin edilməsini, demokratik dəyərlərə riayət olunmasını gözləyirik. Bu,  təkcə Kerrinin mövqeyi deyildi, demokratik dünyanın fikrini ifadə edirdi. Başqa düşüncədə olanların, günahı sübuta yetirilməyən şəxslərin kütləvi həbs edilməsi şübhəsiz ki, təkcə ABŞ və ya NATO-nu deyil, demokratik dəyərlərə hörmət edən bütün Avropa ölkələrini narahat edir”. E.Mehdiyev düşünmür ki, hadisələr Türkiyənin NATO-dan çıxması istiqamətində gedə bilər: “Sadəcə, bu fikirlərlə prezident Ərdoğanı ayıq düşünməyə dəvət edirlər. Yəni proseslər kütlənin eyforiyasına buraxılarsa, qanunsuz həbslər olarsa, bu, azad dünyadan dəstək almayacaq. Onlar deyir ki, biz çevrilişin əleyhinəyik, amma bütün addımlar qanun çərçivəsində atılmalıdır”. Dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın dayandığı barədə iddialara gəldikdə, ekspert dedi ki, bu fikir nazir Süleyman Soylu tərəfindən səslənib və ABŞ bunu “məsuliyyətsiz bəyanat” kimi qiymətləndirib.

Politoloq Arzu Nağıyev də ABŞ-ın Türkiyəni NATO-dan uzaqlaşdıracağını inandırıcı saymadı: “Bu gün ən döyüşkən ordulardan biri Türkiyəyə məxsusdur. Digər NATO üzvü olan ölkələrə baxsaq, əsasən müqavilə əsasında formalaşmış qoşun növlərinə malikdir, Türkiyədə bir ideya da var. Türk əsgəri Vətən, torpaq, bayraq ideyaları ilə tərbiyə alıb. Bunu NATO da gözəl başa düşür, ABŞ da.  Bu gün ən anormal hal budur ki, orduya artıq siyasi məqsədlərlə yanaşılır, münasibət bildirilir. Buna görə qorxulu tendensiya müşahidə olunur. Ümumiyyətlə, ordunu siyasətdən, dindən və digər təsir edən amillərdən kənarda saxlamaq  lazımdır. Ona görə də mən düşünmürəm ki, Türkiyəni NATO üzvlüyündən çıxara bilərlər. Demək olar ki, Şərq istiqamətdə bütün regiona nəzarət edə biləcək qüvvələr məhz Türkiyəyə məxsusdur. Burada həm İstanbul boğazının, həm İncirlik bazasının rolu var, eyni zamanda Türkiyənin nüfuzu və bölgədəki mövqeyi önəm kəsb edir. Unutmaq lazım deyil ki, NATO ilə Rusiya arasında sərhəd Ermənistan-Türkiyə sərhədindən keçir. Türkiyə Şərq tərəfdən NATO ilə Rusiya arasında olan ərazidir. Ona görə də inandırıcı görünmür ki, Türkiyə bu qurumdan uzaqlaşdırılsın”.

A.Nağıyev Türkiyə ilə ABŞ arasında Fətullah Gülənlə bağlı mübahisələrin yarandığını desə də,  bunun sonucunda hansısa ciddi gərginliyin yaşanmayacağı qənaətindədir: “Digər tərəfdən də Avropa bu istiqamətdə öz baxışlarını ortaya qoyur. Bu gün miqrant axınının qarşısını alan məhz Türkiyə ordusudur. Buna görə də NATO-nun Türkiyəni sıralarından uzaqlaşdırması inandırıcı görünmür. Ola bilsin ki, bu, bir siyasi gedişdir”.

Yeri gəlmişkən, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, 15 iyul hadisələrinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır və Türkiyə dövləti bununla bağlı dosyanı ABŞ-a təqdim edib: “ABŞ-ın mövqeyini gözləyirik. Bunun arxasında digər çevrələr var, ya yoxdur, mən hazırda bu barədə konkret fikir bildirə bilmərəm. Amma şübhəsiz ki, Türkiyənin Fətullah Gülənlə bağlı etdiyi müraciətə alacağı cavab önəmli olacaq”. A.Coşqun deyib ki, Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir: “Bir sıra spekulyasiyalar, şərhlər oldu. Mən illərlə NATO-da da çalışmışam. Bu kimi fikirlər son dərəcə əsassızdır. Əgər Türkiyə hər hansı bir dartışmalar, dəyərləndirmələr mövzusu olacaqsa, demokratiyanı canı bahasına müdafiə etmiş ölkə kimi örnək göstərilməyə haqq edən bir ölkədir. Müzakirələr olacaqsa, NATO daxilində də bir sıra müttəfiqimiz var, onlarla bir çox məsələlərlə bağlı danışılacaq çox şeylər var. Bu gün danışılacaq yeganə mövzu isə 15 iyuldan sonra Türkiyənin demokratiyaya böyük başarı ilə sahib çıxması bir gerçəklikdir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar