Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqun Bakı səfərinin səbəbi...



Bu barədə müdafiə naziri Sergey Şoyqunun Bakı səfəri zamanı məlum olub; ölkə prezidenti səviyyəsində qəbul edilən qonaq ölkəmizə İŞİD təhlükəsindən danışıb, Azərbaycanı “strateji tərəfdaş” adlandırıb...


Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıda səfərdədir. 

Dünən o, prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşərək danışıqlar aparıb.

Azərbaycan prezidenti nazirlə görüş zamanı iki ölkə arasında əməkdaşlığın dinamik inkişaf etdiyini söyləyib. Ölkə başçısının sözlərinə görə, AzərbaycanRusiya arasında bütün səviyyələrdə əməkdaşlıq var və hərbi sahə də daxil olmaqla, əlaqələr dinamik inkişafdadır.

Öz növbəsində S.Şoyqu Azərbaycanla Rusiyanın müxtəlif sahələr üzrə əməkdaşlığının çox əhəmiyyətli olduğunu vurğulayıb: “İki ölkənin hərbi-texniki əməkdaşlığı, onun qiymətləndirilməsi, müasir silah satışı üzrə göstəricilərdə həqiqətən də dinamika mövcuddur və bu, gələcəkdə də davam etdiriləcək”.

Virtualaz.org-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, səfərin yekunlarına əsasən Rusiya ilə Azərbaycan Xəzərdə kollektiv təhlükəsizlik sistemi formalaşdıracaq. Bu yeni strukturun elementlərindən biri Xəzəryanı ölkələrin hərbi-dəniz qüvvələrinin komandanlarının Şurası olacaq. Bildirilir ki, bu razılaşma Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunlarından biridir. 

Müdafiə naziri Z.Həsənovla görüşdə Şoyqu Azərbaycanı Rusiyanın strateji tərəfdaş adlandırıb. “Bizim regional səviyyədə stabilliyin və təhlükəsizliyin təmin olunmasında birgə maraqlarımız az deyil. Hazırda Yaxın Şərqdə, İraqSuriya ərazisində baş verənlər həm Azərbaycan, həm Rusiya üçün terror təhdidinə çevrilə bilər. Biz sıx əməkdaşlığa, Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün birgə səyləri artırmağa hazırıq. Bunun üçün hüquqi baza artıq formalaşıb” - Şoyqu qeyd edib.

Azərbaycan rəhbərliyi ilə danışıqları başa vurandan sonra jurnalistlərə danışan Şoyqu deyib ki, əsas nəticələrdən biri Xəzər dənizində birgə hərbi əməkdaşlıqdır. “Bu məqsədlə biz Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaratmaq perspektivlərini müzakirə etdik, həmçinin birgə döyüş və əməliyyat hazırlığı tədbirləri haqda danışdıq. 2015-ci ildə Xəzərdə bir sıra birgə hərbi təlimlər nəzərdə tutulur”, - deyə o bildirib.

Rusiya müdafiə nazirinin Bakı səfəri bir neçə aspektdən diqqət çəkir. Birincisi, səfər Rusiya-Qərb qarşıdurmasının getdikcə daha da dərinləşməsi və Yaxın Şərqdə cərəyan edən proseslər. Hər iki məsələdə rəsmi Moskva sırf öz maraqlarından çıxış edərək Qərbdən fərqli yanaşma sərgiləyir, Azərbaycan isə bu məsələlərdə neytrallıq saxlamağa çalışır. Eyni zamanda qardaş Türkiyənin yanında olacağını bəyan edir. Moskva isə Bakını öz siyasi-hərbi təsir zonasına, o sırada Avrasiya layihələrinə cəlb eləməyə çalışır.

Onu da əlavə edək ki, Şoyqunu ölkəmizə səfəri ilə eyni gündə Rusiya Ermənistanda geniş miqyaslı hərbi təlimlərə start verib. Oktyabrın 13-dən 19-na kimi Ermənistanda Rusiyanın cənub hərbi dairəsinin hərbi bazasına aid bütün hərbi hissələrin qatılacağı taktiki təlimlər başlayıb. Təlimlərdə 3 minə yaxın hərbi qulluqçunun, 500-ə yaxın hərbi və xüsusi texnika vahidinin və İrəvan yaxınlığındakı Erebuni məntəqəsində dislokasiya edilmiş Rusiya aviasiya birləşməsinə məxsus “MiQ-29" qırıcılarının iştirakı gözlənilir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar