Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əcnəbilərə 1 iş günündə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar veriləcək

Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 1 və 3 iş günü müddətində ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar veriləcək.

Hazırda qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin 30 günədək uzadılması barədə qərarın verilməsinə görə 30 manat, ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadılmasına görə 60 manat dövlət rüsumu alınır. Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə dövlət rüsumunun məbləği müvafiq olaraq 15 və 30 manatdır.

Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 1 iş günü ərzində ölkədə müvəqqəti olma müddətinin 30 günədək uzadılması barədə qərarın verilməsinə görə 50 manat, ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadılmasına görə 100 manat dövlət rüsumu alınacaq. Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 1 iş günü ərzində həmin qərarların veriliməsinə görə dövlət rüsumları müvafiq olaraq 30 manat və 60 manat olacaq.

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 3 iş günü ərzində ölkədə müvəqqəti olma müddətinin 30 günədək uzadılması barədə qərarın verilməsinə görə 30 manat, ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadılmasına görə 60 manat dövlət rüsumu alınacaq. Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 3 iş günü ərzində həmin qərarların veriliməsinə görə dövlət rüsumları müvafiq olaraq 15 manat və 30 manat olacaq.

Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar