Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana viza ləğv olunmalıdır” – Təklif

“Ümumilikdə Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, viza məsələsinə yenidən baxılmalıdır. Bir çox ölkələrlə vizanın ləğv edilməsi gündəmə gəlməlidir. Ölkədə “ASAN viza”nın tətbiqi turizm axınına səbəb olan əsas faktora çevrildi, nəinki Azərbaycanda keçirilən idman yarışları”

PİA.az bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O əcnəbilər üçün çoxdəfəlik girişə görə təyin olunan viza rüsumunun təsirlərindən danışıb:

““ASAN viza”xidmətinin təyini idman yarışlarından daha çox təsirli oldu. Bu doğru qərar idi, amma yarımçıqdır. Ümumilikdə vizaların ləğv olunması və rejimdən imtina Azərbaycanın bir çox ölkələrlə turizmin inkişafına ciddi təkan vermiş ola bilər. Məsələn, Gürcüstanı örnək götürsək, bu günə qədər 108 ölkə ilə vizaları ləğv edib. Bunlar Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Çin, Yaponiya, bir çox ərəb ölkələri, Türkiyə, İrandır. Bu da Gürcüstanda turizm axınının genişlənməsinə, turistlərin sayının artmasına səbəb olan əsas faktorlardan birinə çevrildi. Vizanın tətbiqindən öncə Gürcüstana ildə cəmi 1,5 milyon turist gəlirdisə, vizaların ləğvi ölkəyə son zamanlar təqribən 7 milyona yaxın turist gəldiyini deməyə əsas verir”.

N.Cəfərli qeyd edib ki, viza məsələsi turistlər üçün əsas maneələrdən biridir:

“Bu maneəni tamamilə aradan qaldırsaq turizmin inkişafında daha yararlı bir addım olar. O cümlədən, ilkin mərhələdə Avropa Birliyi ölkələri, ABŞ-la, Kanada, Çin, Yaponiya ilə vizaların tamamilə ləğvi daha doğru olardı. Çünki bu ölkələrdən gələn turistlərin ölkədə qalma imkanı yoxdur, yəni onlar geri qayıdacaq. Ona görə də onlara müəyyən vizaların tətbiq olunması tamamilə məntiqsiz yanaşmadır. Viza xərcindən əldə olunan gəlir çox cüzidir. Turist axınının artmasından dövlət büdcəsinə gələn birbaşa və dolayı gəlirlər qat-qat çox olacaq”.

Qeyd edək ki, Milli Məclisin 14 iyunda keçirilən növbədənkənar plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, əcnəbilər üçün çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar