Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı - Ağstafadakı qətliamın səbəbi

Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda bu gün törədilən qətliamın motivinə dair yeni təfərrüatlar məlum olub

Kənd sakinlərindən virtualaz.org- a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Elnur Süleymanov ailəsi ilə birgə "Ceyrançöl" ərazisində yaşayıb, femer təsərrüfatı ilə məşğul olublar.

25 yaşlı Elnurun bazarda “Kalaşnikov”la 4 nəfəri öldürməsinin, 3 nəfəri yaralamasının səbəbi isə daha əvvəl xəbər verildiyi kimi, qan davasıdır.

O da dəqiqləşib ki, Elnurun məhkumluğu olmayıb, xəbər agentliklərinin daha əvvəl iddia etdikləri kimi, keçmiş məhkum deyil. Əksinə, onun öldürdüyü şəxslərdən biri həbsxanadan təzə çıxıbmış.

"2007-ci ildə Elnurun atası Ramiz Süleymanovla qonşuları Şəmiddin Musayev və onun qardaşları - Rüfət və Novruz arasında dava düşmüşdü. Həmin dava zamanı Ramiz və qardaşı Rasim odlu silahla qətlə yetirildi. Bu günkü hadisənin kökü də həmin qətldir"-yerli sakinlərdən biri belə deyib.

Kənd sakinlərinin dediyinə görə, qətl hadisəsi baş verən zaman E.Süleymanov uşaq olub. O, atasının və əmisinin qatillərinin - Səmiddin və Novruz Musayevin həbsxandan çıxacağını öyrənib və qisas alıb. Şəmiddinlə Novruzu, habelə onların anasını qətlə yetirib. Ağgöl kənd sakini Zeynəb Cəlilova və hadisə zamanı yaralanananlar isə belə görünür ki, bu qətliamda təsadüfi qurban olub.

14 il əvvəl baş vermiş qətlin digər iştirakçısı Rüfət Musayev isə hazırda həbsxanadadır.

Elnur Süleymanovun ailəsinə yaxın mənbədən bu dəhşətli qisasın və qan davasının yeni təfərrüatlarını öyrənməyə çalışacağıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar