Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb işçilərinin peşə bayramı qeyd edildi - Tərtərdə

Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir YAP Tərtər rayon təşkilatının inzibati binasında davam etdirildi.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq Tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini vurğulayaraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov Tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar məruzə etdi.

Tərtər rayon Uşaq Xəstəxanasının müdiri İntiqam Mustafayev, Səhləbad kənd həkim məntəqəsinin müdiri Gülüstan Bağırova və Sarov kənd həkim məntəqəsinin müdiri Zoya Muradova çıxış edərək dövlətimiz tərəfindən Səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin verdiyi göstərişlər və qarşıda qoyduğu vəzifələrdən danışaraq əmin etdilər ki, rayonun çoxsaylı tibb işçiləri üzərlərinə düşən şərəfli işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.
Tədbirdə bir qrup tibb işçisi işlərində fərqləndiklərinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldılar.

pia.az

Fotolar




Etiket: Tərtər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar