Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda neft hasilatı son 30 ilin ən aşağı səviyyəsinə düşüb

İranda neft hasilatı iyun ayında bir sutka ərzində 2,28 milyon barellə düşüb

Bu son 30 ilin ən aşağı göstəricisidir.

Mövcud rəqəmlər Beynəlxalq energetik agentliyinin aylıq hesabatlarında açıqlanıb.

Agentliyin verdiyi məlumata görə, bu ilin may ayı ilə müqayisədə hasilat sutka ərzində 120 min barrelə enib. Neftin dəniz nəqliyyatı vasitəsilə tədarükü 450 min s/b azalaraq 530 min s/b təşkil edib.

2018-ci ilin mayına, yəni ABŞ-ın İranla imzalanan nüvə anlaşmasından çıxmasına qədər rəsmi Tehran 2,6 milyon barrel neft hasil edə bilirdi.

2019-cu ilin mayında isə ABŞ İrandna neft alan ölkələrə tətbiq olunan bir sıra istisnaları da qaldırıb. Bu səbəbdən Türkiyə İrandan günlük neft alımını 70 min barreldən 30 minə, Çin isə 100 mindən 40 min barelə qədər azaldıb. "Əgər sanksiya tətbiq olunan Suriya nəzərə alınmasa qalan neft tədarüklərinın hamısı naməlum istiqamətlərə yönəldilib", deyə BEA-nın sənədində bildirilir.

Verilən xəbərlərə görə, İran neftinin 2 ən böyük alıcısı Çin və Hindistan artıq digər alternaitv qaynaqlara da yönəliblər. Belə ki , Səudiyyə Ərəbistanı, İraqRusiya Çinə neft satışını artırıblar. Hindistan isə ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən neft alışını artırıb. Məsələn bu ilin yanvarında Səudiyyə Ərəbistanı Çinə 200 min s/b neft satırdısa iyun ayında bu göstərici 600 min barrel olub.

Bu arada ABŞ administrasiyasının nümayəndələri Çinin İrandan aldğı 1 milyon barrelin rəsmi Tehrana qarşı tətbiq olunan neft sanksiyalarını pozduğunu dilə gətirirlər. Nüfuzlu Politico saytının məlumatına əsasən, Ağ Ev İran neftini alan Çin şirkətlərinə qarşı sanksiyalar gətirməyə hazırlaşır.(musavat.com)

pia.az


Etiket: Neft

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar