Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Brexit" ssenarisi hazırlandı: İngiltərəni böhran gözləyir?

İngilis höküməti parlamentdə alınan qərar çərçivəsində "Brexit" ssenarisini vətəndaşlarla paylaşıb...

PİA.az xarici mediaya istinadən xəbər verir ki, adını quş növü olan "sarı bülbül"dən alan böhran ssenarisi və hökümətin internet saytında dərc olunan sənəddə razılaşma olmadan BREXİT reallaşarsa ölkənin yanacaq, qida və dərman böhranı ilə qarşı-qarşıya qalacağı göstərilir.

20 maddədən hazırlanan böhran ssenarisinə görə, Fransadan İngiltərəyə gələn yüklərin 85%-ə qədəri gömrükdə problemlə üzləşəcək və 2 gündən çox gecikmələr yaranacaq.

Fransa ilə aralarında olan La-Manş dənizindən keçişlərdə ciddi çətinliklər baş verəcək və bunun düzəlmə prosesi 3 ay çəkəcək.

Qatar və ya təyyarə ilə səyahət edən ingilislər, hava limanları və qatar stansiyalarında gözləməli olacaqlar.

Elektrik enerjisi qiymətləri ciddi nisbətdə artacaq, dərman və təzə məhsul çətinlikləri ortaya çıxacaq və bununla bağlı olaraq qiymətlər qalxacaq.

Böyük şirkətlər razılaşmasız ayrılmağa hazır olsalar da, kiçik və orta həcmli müəssisələrin işi zəifləyəcək.

Aşağı əməkhaqqı alanlar isə qida və yanacaq qiymətlərindəki hər hansı bir artımdan daha çox ziyzn görəcəklər.

Ölkədə etiraz və anti-etirazlar baş verəcək və çox sayda polis gücü bu etirazlara qarşı səfərbər olunacaq.

Həmçinin, ictimai əsayiş pozulacaq və sosial gərginliklər artacaq.

İngiltərə parlamentində qəbul edilən qərarda hökümətin razılaşma olmadan BREXİT-i reallaşdırmaqla bağlı sənədlər və planları paylaşmağı məcburi hesab olunmuşdu.

9 səs fərqlə qəbul olunan layihədə, təkcə planlar və rəsmi sənədlər yox, məmurların elektron-poçt, sosial mediya və "WhatsApp" kimi tətbiqlər vasitəsilə apardığı bütün beynəlxalq yazışmaların açıqlaması da nəzərdə tutulurdu.

"Brexit" müddəti

Baş Nazir Boris Conson, 13 Oktyabrda razılaşmadan asılı olmayaraq İngiltərəni "Avropa İttifaqı"ndan ayıracaqları qərarını yeniləməyə davam edir.

Eks-Baş Nazir Tereza Meyin "Aİ" ilə qərarlaşdığı BREXİT razılaşması parlamentdə 3 dəfə rədd edilmişdi. Conson, Meyin istefa qərarı sonrasında "Mühafizəkar Partiya"nın təxminən 150 min üzvünün səsini toplayaraq baş nazir seçilmişdi.

İngilis parlamenti, 29 Martda həyata keçməsi planlanan BREXİT-in qərar çıxararaq qarşısını alaraq, "Aİ"nin də təsdiqi ilə 31 Oktyabra təxirə saldı. Conson razılaşma olmadan da olsa, "Brexit"in həyata keçməsini təmin etmək üçün, parlamentin ola biləcək müdaxiləsinin önünə keçmək məqsədilə parlamentin tətilə çıxmasını istədi. Lakin, müxalifət Consonun erkən seçki təklifini rədd etdi.

Qeyd edək ki, İngiltərə 2016-cı ildəki referendumda, 48%-ə 52% fərq səslə "Aİ"dən ayrılmaq qərarı almışdı.

Turqut

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar