Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda həyat yoldaşı ilə adam oğurlayan çempion kimdir?

Bakıda adam oğurlayan dəstə ilə bağlı təfərrüatlar ortaya çıxıb...

Öz xanımı ilə birlikdə həbs edilən Niyaməddin Kazımlı peşəkar idmançısır. O, klassik güləş üzrə dəfələrlə Azərbaycan çümpionatının və beynəlxalq yarışların mükafatçısıdır.
İdmançı N.Kazımlı və onun həyat yoldaşı Könül Kazımlının da olduğu dəstə 6 nəfərdən ibarət olub. Aralarında iki qadının da olduğu adam oğurlayaraq həmin şəxsə zor tətbiq edərək onu avtomobillə aparıb bağ evində işgəncə veriblər.
Xətai rayon sakini Hüseyn Əsgərov sentyabrın 9-da paytaxt sakini Aygün Abbasovaya 25 min manat borcu olub. A.Abbasovanın sifarişi ilə Könül Kazımlı tərəfindən Hüseyn Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Sonra onu əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum olunmuş Şakir Hüseynov və Fəqan Eminoğlu məcburi qaydada avtomobilə əyləşdirərək Aygün Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Dəstə üzvlərindən əvvəllər məhkum olunmuş Niyaməddin Kazımlı Hüseyn Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək, 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə verib. Alınan pulun müqabilində Aygün Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Allahverdiyev, Aygün Abbasova, Fəqan Eminoğlu, Şakir Hüseynov, Niyaməddin Kazımlı və onun həyat yoldaşı Könül Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərovun girov saxlandığı yerdən azad olunub. Əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirib.(criminal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar