Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək – KİV

“Ermənistanda hakimiyyətin icraedici və qanunverici orqanlarında istefalar davam edəcək”...

Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, yaxın zamanda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnasakanyan, müdafiə naziri David Tonoyan, fövqəladə hallar üzrə nazir Feliks Çolakyan və ekologiya naziri Erik Qriqoryanın da istefa verəcəyi gözlənilir.

Eyni zamanda istefa verəcək hökumət üzvləri arasında maliyyə naziri Atom Cancuqazyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, eləcə də dövlət gəlirləri üzrə komitənin başçısı David Ananyan da adı qeyd olunur.

“Baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra səhiyyə naziri Arsen Torosyanın və əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanın vəzifədən azad olunması təklifi ilə çıxış edəcək”, – qəzet yazıb.

Məlumata görə, Ermənistan parlamentinin sədr müavini Lena Nazaryan da bu postdan istefa verəcək. Həmçinin deputat Mikael Zolyanın isə hakim “Mənim addımım” fraksiyasını tərk edəcəyi bildirilir. Bu günlərdə başqa deputatların da fraksiyanı tərk edəcəyi gözlənilir.

“Qraparak” bildirib ki, Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan da vəzifədən azad ediləcək.

Qeyd edək ki, sentyabrın 16-da milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan, sentyabrın 18-də Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib. Nikol Paşinyan V. Osipyanı özünə müşavir təyin edib. (report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar