Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Niyə indi Səttar 20 milyon dəyərində olmamalıdır?”

Xalq rəssamı üsyan etdi...

Xəbər verdiyimiz kimi, məşhur yumorist Cem Yılmaz nüfuzlu sərgilərdən olan "Contemporary İstanbul"dan erməni rəssam Daron Mouradianın 2 əsərini alıb. O, əsərlərdən birinə 66 min dollar (112 min manat), digərinə isə 20 min dollar (34 min manat) pul ödəyib.

Bu isə sosial şəbəkələrdə Azərbaycan incəsənətinin kifayət qədər yaxşı təbliğ olunmadığı, mədəniyyətimizin kölgədə qaldığı ilə bağlı açılmasına səbəb olub.

22 ölkənin iştirak etdiyi həmin sərgidə əslində, Azərbaycandan da bir neçə rəssam iştirak edib. Ancaq bizim rəssamlar belə bir xəbərlə gündəmə gəlmədikləri üçün onların nüfuzlu sərgidə iştirakından təkcə məhdud bir dairənin, az saylı sənətsevərlərin xəbəri var.

Bəs biz niyə öz mədəniyyətimizi, təsviri incəsənət nümunələrimizi dünya sənətsevərlərinin diqqətinə layiqincə çatdıra bilmirik?

Azərbaycanın xalq rəssamı Qəyyur Yunus "Yeni Sabah"a açıqlamasında bu məsələlərdə ikili standartların tətbiq olunduğunu deyib:

“Səbəb odur ki, biz müsəlmanıq, ermənilər isə xristiandır. Rəngkarlıq, təsviri incəsənət sərgilərinin təşkilatçıları isə Qərb aləmidir. Yəni, monopoliya var, hər şey onların əlindədir. Onlar müsəlman rəssamın əsərini heç vaxt qoymazlar ki, 1 milyona, 10 milyona satılsın. Ümumiyyətlə, hər ölkə özü çalışmalıdır. Onlar deyir ki, məsələn, “Səttar Bəhlulzadəyə 1 milyon, 5 milyon qiymət qoyursunuz, əvvəlcə özünüz alın, sonra biz onu 10 milyona alaq”. Özümüzün bu barədə təşviqatı, bu yolda işləri, reklamı olmalıdır. Azərbaycan əsərlərinin dünya səviyyəsinə çıxması üçün hansı işlər görülür? Bizim mədəniyyət naziri hara baxır? Nə işlər görür? Bunu biz özümüz etməyəndən sonra başqası bizə o dəyəri verəcək? Əgər sən öz sənətkarına o dəyəri, qiyməti vermirsənsə, başqası heç verməyəcək. Ermənistanın bir-iki rəssamı var, onlar da rus rəssamı kimi gedir. Amma İslam dünyasının təsviri incəsənətinin tarixi var, mədəniyyəti var. Siyasətdəki ikili standart təsviri incəsənətdə də bizə qarşı tətbiq olunur. Azərbaycandan kiməsə sponsorluq edirlərsə, onlara göstəriş verilir ki, “çalışın, ciddi sənətə sponsorluq etməyin”. Ona görə də Qəyyur, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Rasim Babayev qalır kənarda".

Xalq rəssamı deyir ki, dünyaca məşhur auksionlar Azərbaycana məxsus əsərləri ucuz qiymətə almağa çalışırlar:

"Niyə indi Səttar 10, 20 milyon dəyərində olmamalıdır? Londonda “Sotheby's” auksionu var, onlar deyir ki, "əsərin həqiqi nüsxəsini özünüz alın verin, biz də auksiona çıxaraq”. Sən özün öz sənətkarına dəyər verməyəndən sonra xarici o qiyməti sənin sənətkarına heç vaxt verməyəcək. Özümüz bu barədə düşünməliyik. Qərb dünyasının məqsədi nədir? Onlar istəyirlər ki, İslam dünyasından olan orjinal, dəyərli əsərləri ucuz qiymətə alsınlar. Necə ki, Səttarın əsərlərini əllərdən aldılar, apardılar. İndi Əmircanda onun muzeyi var amma orada bir dənə də olsun orjinal əsər sərgilənmir, hamısı kserekopiyadır. Səttarı necə ki, aparıblar, eynisini Qəyyura edəcəklər. O öləndən sonra vərəsəsini ac saxlayacaqlar, vərəsə də məcbur olacaq uzağı 2000-5000 dollara əsərlərini satacaq. Vəssalam, əsərlər hamısı gedəcək Qərbə".

Rəssam deyir ki, Şərq ölkələri öz mədəniyyətinə dəyər vermədiyi müddətcə bu torpaqlardan Leonardo da Vinçi kimi məşhurun çıxması qəliz məsələ olaraq qalacaq:

"İngilislər 2000-ci ildə bir kitab nəşr etdilər, adı da “Dünya təsviri incəsənəti tarixi”. Orada qədim Misir, qədim Yunan, Avropa incəsənəti, xristian dünyasının intibah dövrü təsvir olunub. İslam dünyasından orada cəmi üç mövzuya toxunulub: Osmanlı Türkiyəsindən keramika sənəti, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, bir də Kəmaləddin Behzadın miniatürü. Buddizm Şərqindən bir Çin rəssamı və yapon Katsuşika Hokusaya yer verilib. Adama deyərlər, sən bunun adını dünya qoymusan, məlumatı yayarkən ədalətli ol. O da deyəcək ki, bu kitaba pulu mən buraxmışam, belə yazıram. Sən də get bu kitaba alternativ nəşr etdir. Elə İslam dünyasında da, bütün dünyada da yay. Azərbaycanda da, İranda da, Türkiyədə də gözəl rəssamlar var. Amma o kitaba salmırlar, çünki münasibət belədir. Nəyə görə dünya arenasına çıxa bilmirik? Çünki baxırlar sənin adına, gördüsə şərqdənsən, vəssalam, artıq sənə münasibət hazırdır. Amma çox gözəl bilirlər ki, dəyərli işdir. “Şeyx Səfi xalçası” hardadır? - Londonda “Viktoriya və Albert" muzeyində. Onu nə cür alıblar? Neçəyə alıblar? Tək o yox, bütün İslam mədəniyyəti, təsviri incəsənəti onların muzeylərinə toplanıb. Onların məqsədi odur ki, ucuz qiymətə dəyərli əsərləri alsınlar, keçirsinlər öz əllərinə. Amma bunları Pikasso, Leonardo da Vinçi, Rafael Santi səviyyəsinə qaldırmasınlar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qəyyur Yunus

loading...

Ən çox oxunanalar