Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terror təşkilatları üzərindən gedən savaş...

Yeni balans qurulana qədər problemlər çox olacaq...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 8 noyabr 2019-cu il

Uzun müddətdir qeyd etdiyim məsələləri Fransa prezidenti Makron da təsdiqləyib. Makron Yelisey sarayında “The Economist” qəzetinə verdiyi müsahibədə qeyd edib:

ABŞ-a bağlılığı çərçivəsində NATO-nun reallığını yenidən dəyərləndirməliyik. ABŞNATO müttəfiqləri birlikdə strateji qərar ala bilmirlər. Hal-hazırda şahid olduğumuz yeganə hadisə NATO-nun beyin ölümüdür. Avropa oyanmalıdır.

Avropa özünü geosiyasi cəhətdən bütöv hiss etmədiyi müddətcə silinməyə məhkumdur. Bölgəmiz BREXİT planı ilə kifayət qədər zərbə aldı. ABŞ prezidenti Donald Tramp da Avropa Birliyi fikrini mənimsəyən bir adam deyil. ABŞ Avropadan üz döndərib. Avropa tezliklə öz ordusunu yaratmalıdır”.

Makron öz nitqində Türkiyəyə də yer verib:

“Bir digər NATO müttəfiqimiz də Türkiyədir və bu ölkə bizimlə əlaqəsi olan bir sahədə bizdən xəbərsiz hərbi əməliyyat keçirir”.

Makrondan əvvəl prezident Ərdoğan Macarıstana gedib. Gedərkən dediyi sözlər də çox önəmli idi: “Biz bütün terrorçuların çıxarılması şərtinə bağlı qalan bir müqavilə üzərində razılaşmışdıq. Lakin hazırki vəziyyət, təəssüf ki, belə deyil. Terrorçular hələ də Suriya Milli Ordusuna hücum edirlər”.

Həm Makronun, həm də Ərdoğanın sözlərini çox yaxşı başa düşmək lazımdır. Fransa prezidenti açıq şəkildə: “YPG-nin daxilində bizim qüvvəmiz var. Onsuz da “La Farge” kimi şirkətlərimizlə də oradayıq, YPG-nin yanındayıq. Ölkəmizdə də PKK-nın bütün fəaliyyətlərini izləyirik. Bir çox səlahiyyətli PKK-lıya pasport verdik. Dəstəyimiz həmişə davam edəcək. Türkiyə ilə üz-üzəyik”, deyə bilmədiyi üçün diplomatik ifadələrə üstünlük verib.

Bəs Ərdoğan nə deməyə çalışırdı?

Prezidentin deməyə çalışdığı əsas məsələ budur ki, ABŞ-la da, Rusiya ilə də razılaşdıq, amma vədlərinə əməl etmədilər. Hücumlar davam edir. Cavab versək də, gəlirlər. Uzada durub gözləyək.

Avropa Birliyinin iki önəmli faktorundan biri olan Fransa ABŞ-ın və onların idarə etdiyi NATO-nun əleyhinədir. Həmçinin, Türkiyənin də. Türkiyə isə ABŞ-Rusiya ittifaqı ilə birlikdə Avropaya qarşı çıxır.

YPG-PKK hər kəsin kölgəsini daşıyan bir sahədir. Buna görə də, Türkiyənin mübarizəsini çox yaxşı başa düşmək lazımdır. Yeni balans qurulana qədər çətinliklər də çox olacaq.

Yeni dönəmdə də Aralıq dənizi hövzəsinin ən önəmli sərhədlərindən biri olan Liviya daha çox ön planda olacaq.

Əgər Qəddafi Ərəb Baharında Vaşinqtonun təklifini qəbul etsəydi, bu gün hələ də ölkəsini idarə edən və diktator adlanmayan bir lider kimi yadda qalacaqdı. Lakin o, qəbul etmədi və Amerika özəl qüvvələri tərəfindən öldürüldü.

Liviyadakı enerji zənginliyi nədən ibarətdir?

Liviyada 48 milyard barrel neft rezervləri olduğu məlumdur. Lakin bunun daha çox olduğunu deyən hesabatlar da var. Həmçinin, 59 trilyon metr kub təbii qaz rezervi ilə Liviyanın əlində olan enerji qaynaqlarının dəyəri 8 trilyon dolları keçir. Yəni Liviya həm ABŞ-ın, həm də Rusiyanın iştahını açır. Lakin hər iki ölkə Suriyadan sonra burada da gizli ortalıq edib. Liviyanın şərqindəki silahlı qüvvələrin rəhbəri Həftarın qarşısı bəzən alınsa da, o, indi paytaxt Trablisi ələ keçirmək üzrədir. RusiyaABŞ son texnoloji silahları Həftara göndərib. Rusiyanın 200 özəl atıcısı da Həftara dəstək üçün keçən həftə Trablisə göndərilib.

Təkcə 4 gündə özəl hədəfdə olan 17 nəfər vurulub. ABŞ-la rus komandirlər Trablisdən 70 km uzaqlıqda yerləşən eyni qərargahdan istifadə etməyə başlayıb. Lakin bölgədə onların qarşısında yenə də Türkiyə var.

Eyni şəkildə Fransa da Liviyada aktivdir. Fransa Liviyada İtaliya ilə gizli bir ortaqlıq edb. Sonra Almaniya da bu ittifaqa qoşulub. Yəni Liviyanın nefti üçün müharibə başlayıb. Təbii olaraq, 8 trilyon üçün müharibə daha da qüvvətlənəcək. Amma məsələ təkcə bu 8 trilyondan da ibarət deyil.

Aralıq dənizində Liviyaya aid olan təxminən 20 min km2-lik sahə RusiyaABŞ arasında bölüşdürülüb. Çox dəyərli olan bu sahədə rus və ABŞ gəmiləri aktivdir. Fransız və italyan gəmiləri də bu sərhədləri aşa bilmir.

Liviyada Qəddafi dönəmi boyunca ən böyük qüvvə İtaliya və Fransa idi. İki ölkə də enerji ehtiyacının böyük bir hissəsini Liviya vasitəsilə təmin edirdi. İndi isə əllərindəki gücü ABŞ-a və Rusiyaya itirdikləri üçün çətinlik çəkirlər.

Avropa ABŞ-Rusiya cütlüyü tərəfindən fəth edilir. Ortada qalan, hər iki ittifaqla da toqquşan Türkiyədir. Çünki hər iki ittifaq da YPG-PKK və müsəlman kartı vasitəsilə bölgədə Türkiyəni passivləşdirmək istəyir. Türkiyə, əlbəttə ki, bir tərəfin yanında olacaq. Ankara, sözsüz ki, masada güclü olmaq üçün bir addım atacaq və eyni vaxtda hər tərəfdən təzyiqlərə məruz qalacaq.

Türk dövlətinin apardığı mübarizə yaxşı başa düşülməlidir. Terror təşkilatları üzərindən gedən bu gərginlik davam edə bilməz. Suriyada da, Liviyada da, Aralıq dənizində də. Ya Avropa, ya da ABŞ-Rusiya ittifaqı müharibəni böyüdəcək...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar