Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Avropa İttifaqını ittiham etdi

İran Avropa İttifaqının (Aİ) ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar irəli sürdüyü ittihamlara cavab verib...

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi Avropa İttifaqının nümayəndəsi Hosepa Borrellanın əsassız informasiyalara malik olduğunu bildirib.

Onun sözlərinə görə, Aİ əvvəlcə üzv dövlətlərdə baş verən hadisələrə nəzər salmalıdır. Fransada polisin etirazçılara qarşı göstərdiyi amansızlıq bütün dünyaya məlumdur. Aİ insan hüquqları məsələsindən siyasi alət, müstəqil ölkələrin daxili işlərinə qarışmaq üçün bəhanə kimi istifadə edir. Əgər Aİ insanların hüquqlarının qayğısına qalırsa, onda nə üçün qanunsuz iqtisadi sanksiyaya məruz qalan 80 milyon insanı müdafiə etmir və ABŞ-a etirazını bildirmir?

Müsəvi bildirib ki, noyabrın 15-də İrandakı hadisələr insanlara verilən etiraz hüququnun aşkar nümayişi idi. Lakin dövlət binalarını və ictimai binaları yandırıb dağıtmaq kobud qanun pozuntusudur ki, bu da cinayətdir. Fransada “sarı jiletlilər”in aksiyasında da oxşar hadisə baş vermişdi. Fransa polisi bunun qarşısını qəti şəkildə aldı.

Qeyd edək ki, Aİ-nin beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Hosepa Borrella İranın Tehran və digər şəhərlərində baş verən aksiyalarda polisin insanlara qarşı qəddarlıq göstərməsinin yolverilməz olduğunu bəyan edib(azərtac).

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar