Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Türkiyə bir-birilərini təhdid edir - Sanksiyalara qarşı  “İncirlik”...

Politoloq: “ABŞ-Türkiyə əlaqələrinin normalaşdırılması istiqamətində atılan addımlara baxmayaraq iki müttəfiq dövlət arasında strateji bağlılıq qopmaq üzrədir”

ABŞ-ın bu sanksiyaları qeyri-qanuni və müstəqil dövlətin suveren hüquqlarına kobud müdaxilədir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsini və gözlənilən nəticələri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən ABŞ Senatının Beynəlxalq Komitəsi S-400-lərə görə Türkiyəyə qarşı sanksiyaları təsdiqləyib. Türkiyə isə S-400-lərə və Suriyaya ilə bağlı ABŞ-ın tətbiq edə biləcəyi sanksiyalara sərt reaksiya verəcəyini bəyan edib. Belə ki, sanksiya qüvvəyə minəcəyi halda, Türkiyə "İncirlik" hərbi bazasını ABŞ üçün bağlayacağını bildirib.

ABŞ-Türkiyə münasibətlərində qarşıdurmanın bu səviyyəyə çatacağına ehtimal vermək olar və yaxud da ABŞ-Türkiyə diplomatiyasının bu dalandan çıxması mümkün görümürmü? Üçumiyyətlə İncirliyin bağlanması halında Türkiyənin NATO-dan çıxarılması mümkündürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “ABŞ-Türkiyə əlaqələrinin pisləşməsinə baxmayaraq, bu əlaqələrin NATO-ya mənfi təsir edilməsinə imkan verilməyəcək”.

Trampın bu sanksiyalar veto qoya biləcəyini düşünən polutoloq əlabə edib ki, Tramp Türkiyə ilə əlaqələrin pisləşməsinin tərəfdarı deyil:

ABŞ-Türkiyə əlaqələrinin normalaşdırılması istiqamətində atılan addımlara baxmayaraq iki müttəfiq dövlət arasında strateji bağlılıq qopmaq üzrədir.

Qeyd edim ki, Ərdoğanın ABŞ səfərində Trampla danışıqlarda müəyyən dərəcədə əlaqələrin yumuşaldılmasına rəğmən Konqres Türkiyə xəttində güzəştə getmir. Biz burada Tramp Konqres əlaqələrinin ziddiyyətli olduğunu nəzərə alsaq burada Trampa da qarşı təzyiqlərin bu istiqamətdə olmasını nəzərdən qaçırmamalıyıq. Çünki, Konqresdə Tramp əleyhinə artıq impiçment proseduru başlayıb.

Göründüyü kimi ABŞ öz ənənəvi müttəfiqini sanksiyalarla hədələməsi heç də ikitərəfli əlaqələrin normal istiqamətində davam edəcəyi perspektivi yoxdur. Ankara qəti şəkildə Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində S-400 raketlərindən vaz keçməyəcək. Həmçinin Suriyanın şimalında terror əleyhinə əməliyyatları dayandırmayacaq.

Məhəmməd Əsədullazadə: “ABŞ-ın bu sanskiya siyasəti səmərəli olmayacaq”.

ABŞ-ın bu sanksiyaları qeyri-qanuni və müstəqil dövlətin suveren hüquqlarına kobud müdaxilədir. Tramp Ərdoğan görüşündə S-400 məsələsində razılaşmanın olmadığı məlumdur, amma bunu dramatikləşməsinə gedəcək proseslərə yol verməyəcəkləri barədə razılıq əldə olunmuşdu. Lakin Konqres bunun əleyhinə gedir və anti-Türkiyə qüvvələri açıq şəkildə vəziyyəti mürəkkəbləşdirməyi hədəfləyiblər.

Hesab edirəm ki, Tramp bu sanksiyalar veto qoya bilər. O, Türkiyə ilə əlaqələrin pisləşməsinin tərəfdarı deyil. Əgər, sanksiyalar qüvvəyə minərsə, Türkiyə ABŞ İncirlik bazasının bağlanmasını elan edib. Bu baza NATO bazasıdır və buradan ABŞ-ın hərbi kontingentinin istifadəsinə son verilə bilər. Türkiyənin NATO-dan uzaqlaşdırılmasını gözləmirəm. ABŞ-Türkiyə əlaqələrinin pisləşməsinə baxmayaraq, bu əlaqələrin NATO-ya mənfi təsir edilməsinə imkan verilməyəcək.

Hesab edirəm ki, ABŞ-ın bu sanskiya siyasəti səmərəli olmayacaq. İki ölkə arasında əlaqələrin pozulmasına Pentaqon və Dövlət Departamenti imkan verməyəcək. Türkiyə-ABŞ əlaqələri tarixi sınaq dönəmidən keçir. Geoplitik yerdəyişmələr və toqquşmalar fonunda Ankara regional güc statusu qazanıb. Bu da ABŞ qane etmir. Təbii ki, burada Vaşinqtonun Türkiyəni Yaxın Şərq siyasətində görməzdən gəlməsi hadisələri bu istiqamətə gətirdi”.

Nərminə UMUDLU
pia.az


Etiket: ABŞ Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Ən çox oxunanalar