Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün qitələrdə xalq etirazları böyüyür... - Yeni dünyada liberal demokratiyanın alternativi nə olacaq?

On ildən sonrakı dünyada necə bir siyasi və iqtisadi sistem təxmin etmək olar və hazırda gedən prosseslər liberal demokratiyanın alternativini yarada bilərmi?..

Politoloq: “Ayrı-ayrı ölkələrdə qlobal miqyasda baş verən proseslər bir qayda olaraq idarəolunan proseslərdir”.

“İstər Çin, istər Avropa ölkələri, Türkiyə, Rusiya, İranın timsalında ABŞ-a qarşı qlobal müxalifət formalaşıb. Onlar ABŞ-ın hakimiyyətini qəbul etmirlər. Çoxqütblü dünya sistemi uğrunda mübarizə gedir. Bunun iqtisadi, siyasi, hərbi əsasları hazırlanır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova dünyanın bütün qitələrində qlobal xalq etirazlarının getdikcə böyümə səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünyanın böyük güclərinin geosiyasi və geoiqtisadi savaşları böyüdükcə bütün dünyanı etiraz aksiyaları da öz ağuşuna almaqsadır. Demək olar ki, dünyanın bütün qitələrində qlobal xalq etirazları getdikcə böyüyür. 2011-ci ildə "ərəb baharı"nı şərh edən Bjezinski baş verənləri “qlobal oyanış” olaraq xarakterizə etmişdi. Hazırda bu oyanış böyüməkdə və bütün dünya nizamını dəyişdirməkdədir.

Bəs xalq etirazları fonunda baş verən qlobal geosiyasi və ticarət savaşları sonucunda dünyada hansı siyasi və iqtisadi sistem formalaşmaqdadır? On ildən sonrakı dünyada necə bir siyasi və iqtisadi sistem təxmin etmək olar və hazırda gedən prosseslər liberal demokratiyanın alternativini yarada bilərmi? Həmçinin maraqlı nüanslardan biri də odur ki, qlobal xalq etirazları dünyanın bütün önəmli nöqtələrində meydana çıxsa da, ciddi siyasi, sosial və iqtisadi problemlərin olmasına baxmayaraq, Rusiya başda olmaqla MDB məkanında sabitlik hökm sürür. Bunun səbəbini nəylə izah etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “10 ildən sonra dünyada nə ABŞ, nə Çin, nə də Avropa Birliyi hegamon olmayacaq”.

Xarici qüvvələr rəngli inqilab, xalq inqilabı adlarıyla demokratiya donu geyindirərək kütlələri çölə çıxardıqlarını vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, dünyanın aparıcı hegemon gücləri kütlələrdən hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bəzən də bu hərəkatlara rəhbərlik etmək üçün lider yetişdirilir. Yetişdirilən lider isə zamanla hakimiyyətə gətirilir:

“Ayrı-ayrı ölkələrdə qlobal miqyasda baş verən proseslər bir qayda olaraq idarəolunan proseslərdir. Rəngli inqilab, xalq inqilabı adlarıyla xalıq küçəyə tökür, bu dağıdıcı etirazlara demokratiya donu geyindirərək kütlələri çölə çıxardırlar. Həmin kütlələrdən də onlarla hesablaşmayan, hesablaşmaq istəməyən hakimiyyətlərə ə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bəzən də bu hərəkatlara rəhbərlik etmək üçün lider yetişdirilir. Yetişdirilən lider isə zamanla hakimiyyətə gətirilir. Adı da bu olur ki, xalq demokratiya yolu ilə özünə rəhbər seçdi. Əslində isə bu hərəkatların hamısı dağıdıcı xarakterlidir və xalqların problemlərini həll etmir, əksinə inqilablar xalqları daha çox səfalətin içinə atır.

Təcrübə göstərir ki, bu proseslərin çoxu xalqın oyanması məsələsi deyil. Bu proseslər dediyim kimi idarəolunan prosesdir. Biz bu prosesi Liviyada, Ermənistanda, Şərq ölkələrində gördük. Prosesin nəticəsində isə bir qayda olaraq xalq böyük peşmançılıq hissi keçirdir. Xalq öz istədiyini əldə edə bilmir. Məsələn Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi buna sübutdur.

Sadəcə olaraq böyük ölkələr, konkret olaraq ABŞ və Soros Fondu dünya ölkərindəki hakimiyyətlərlə güzəştə gedə bilməyəndə, dil tapa bilməyəndə həmin ölkələrdə hakimiyyəti devirmək üçün bu üsullardan istifadə edirlər. Biz Liviyadakı və Ərəb ölkələrindəki prosesi misal olaraq göstərə bilərik. Bu proseslərdən sonra xalq peşmançılıq yaşadı və yoxsulluq içində daha da yoxsullaşmağa başladılar.

Nəzakət Məmmədova: “Etitazların sonunda bir qayda olaraq xalq böyük peşmançılıq hissi keçirdir. Xalq öz istədiyini əldə edə bilmir”.

Çox az hallarda xalqın həqiqi oyanması və həqiqi liderini seçməsi halları baş verir. Bu proseslər həm də xalq xəbərdarlığı kimi də ola bilər. Məsələn buna Fransada “sari jiletlilər”i göstərmək olar. Amma Fransada demokratiya o qədər bərqərar olub ki, hakimiyyətin xarici qüvvələr tərəfindən devrilməsi bir az çətindir. Düzdür xarici qüvvələr Fransada xalqı çölə çıxara bildilər, hətta Makrona sərt xəbərdarlıq da ede bildilər. Lakin Makron xəbərdarlıqların qarşısında dayana bildilər və xarici qüvvələr məğlub oldular.

Həmçinin də xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını mülkü cəmiyyət, vətəndaş cəmiyyəti adı altında küçələrə çıxardırlar və beləliklə də hakimiyyətə qarşı çevriliş hazırlayırlar. MBD ölkərində də qlobal xalq etirazları baş verir. Bayaq misal cəkdiyim Ermənistan, Gürcüstan, Ukrayna kimi ölkələri yenə misal olaraq göstərmək olar. Hətta Rusiyanın özündə də yüz minlərlə insanın Putinə qarşı küçəyə çıxarılması buna hesablanmışdı.

Xarici qüvvələr istədilər ki, MDB ölkələrinin hamısında inqilab baş versin və hakimiyyət dəyişsin. Amma bir çox ölkələrdə insanlarə etiraza çıxara bildilərsə də, hakimiyyəti dəyişə bilmədilər. Ermənistan, Gürcüstan, Ukrayna, Qırğızıstanda rəngli inqilab yolu ilə hakimiyyətin dəyişməsi prosesi baş verdi. Azərbayacanda isə inqiıab etmək üçün əsas olmadığına görə onların cəhdləri alınmadı.

Nəzakət Məmmədova: “Çoxqütblü dünya sistemi uğrunda mübarizə gedir. Bunun iqtisadi, siyasi, hərbi əsasları hazırlanır”.

10 ildən sonra dünyanın necə olacağı bu günkü mübarizənin nəticəsindən asılı olacaq. Çinlə-ABŞ arasında ticarət müharibəsi, Avropayla Çin arasında iqtisadi münasibətlərin genişlənməsi, NATO-da baş verən fikir ayrılıqları, NATO-nun hədəf kimi Çini götürməsi, Rusiyanın hədəf göstərilməməsi, həmçinin Rusiyanın ətrafında gərginlik ocaqlarının yaradılması onu göstərir ki, dünyada çox dəyişikliklər olacaq.

Hər halda dünya çoxqütblü olacaq. Çünki ABŞ öz hökmranlığını qoruyub saxlaya bilmədi. Görürük ki, artıq istər Çin, istər Avropa ölkələri, Türkiyə, Rusiya, İranın timsalında ABŞ-a qarşı qlobal müxalifət formalaşıb. Onlar ABŞ-ın hakimiyyətini qəbul etmirlər. Çoxqütblü dünya sistemi uğrunda mübarizə gedir. Bunun iqtisadi, siyasi, hərbi əsasları hazırlanır.

10 ildən sonra dünyada nə ABŞ, nə Çin, nə də Avropa Birliyi hegamon olmayacaq. Dünyada bir neçə güc mərkəzləri olacaq. Bu həm qloballaşmanın məğlubiyyəti, həm də dünyanın vahid mərkəzdən idarə olunma ideyalarının da iflasa uğramasıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar