Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Palata 2 mərkəzi icra hakimiyyəti orqanında yoxlama aparıb    

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

İclasda qurumun 2019-cu il üçün İş planının layihəsi müzakirə edilərək təsdiq olunub.

Hesablama Palatasının 2020-ci il üçün İş Planının hüquqi əsasları, qanunvericiliyin İş planı üzrə müəyyən edilən tələblərdən danışılıb, ötən il qüvvəyə minmiş “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti üzrə audit fəaliyyətinin, eləcə də maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırıldığı nəzərə çatdırılıb. Bundan əlavə, iclasda Hesablama Palatasının 2019-cu il üçün İş Planında fəaliyyət istiqamətləri üzrə növbəti ildə dövlət büdcəsinin icrasının təhlili ilə bağlı yarımillik və illik məlumat və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, eləcə də Hesablama Palatasının fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verilib.

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları da müzakirə olunub:

- Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə;

- Dünya Bankından dövlət zəmanəti ilə kredit cəlb edilməklə həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmə üzrə vəsaitlərin istifadəsinə dair;

- Bakı Slavyan Universitetinin tədris fəaliyyətinin səmərəlilik auditinin nəticələrinə dair;

- Xarici İşlər Nazirliyinin 2018-ci il üçün illik maliyyə hesabatlarına dair;

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

pia.az


Etiket: Palata


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar