Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda qapalı görüş: Suriyanın şimalından sonra Ankara yeni xarici hərbi əməliyyatın təməlini atır

“Middle East Eye”, 15.12.2019

Bazar günü prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Liviyanın baş naziri Fəyyaz əl-Sərracla danışıqlar aparıb. Bu, Türkiyə liderinin Tripolinin tələbi ilə Liviyaya qoşun göndərməyə hazır olduğunu söylədikdən bir neçə gün sonra baş verib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Ankaranın son hərəkətləri Aralıq dənizi bölgəsində gərginliyi daha da artırır və 2014-cü ildən bəri rəqib siyasi fraksiyaların münaqişədə olduğu Liviyanın şərqində qərarlaşmış Xəlifə Həftərın rəhbərlik etdiyi qüvvələrlə qarşıdurma riskini artırır.

Ərdoğanın rəsmi gündəmində olmayan qapalı görüş İstanbulun Osmanlı dövrünə aid Dolmabahçe Sarayında baş tutub.

AFP xəbər verir ki, noyabrın 27-də İstanbulda keçirilmiş əvvəlki görüş zamanı iki ölkə təhlükəsizlik və hərbi əməkdaşlıq, habelə dəniz yurisdiksiyası mövzusunda müqavilə bağlayıb.

Dəniz sazişi təsdiq üçün Birləşmiş Millətlər Təşkilatına göndərilib, hərbi müqavilə isə ratifikasiya üçün Türkiyə parlamentinə təqdim olunub. “Parlament təsdiqləndikdən sonra saziş qüvvəyə minəcək”, – deyə Bazar günü xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Liviya 2011-ci ildə Müəmmər Qəddafini devirən NATO-nun dəstəklədiyi qiyamdan bəri ölkə xaos içindədir.

Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Liviyanın şərqindəki hərbi lider Həftəri dəstəkləyir. O, Sərracın baş nazir olduğu Milli Birlik Hökumətinə (MBH) sadiq Tripoli şəhərini ələ keçirmək üçün aprel ayından hərbi əməliyyat keçirir.

Türkiyə və Qətər BMT tərəfindən tanınan MBH-ni açıq şəkildə dəstəkləyir.

Liviya ilə sazişin dəniz hissəsi Türkiyənin Aralıq dənizinin şərqindəki kontinental şelfi genişləndirir. Bu yaxınlarda qonşu dövlətlər və beynəlxalq neft şirkətləri arasında təlatümünə səbəb olan geniş qaz ehtiyatlarının kəşfi nəzərə alınmaqla, bu, xüsusilə vacibdir.

Liviya səfirini ölkədən qovan Yunanıstan Türkiyənin bölgədə gərginliyi artırması ilə bağlı xəbərdar edib. Afina bölünmüş Kipr adasının sahillərində türklərin qaz araşdırmalarını da qınayıb.

Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis Bazar günü “Etnos” qəzetinə verdiyi açıqlamada deyib: “Türkiyə seçim etməlidir: ya özünün təcrid yolunu tutub bölgədə problem yaradan rolunu oynamağa davam edəcək, ya da bundan sonra yaxşı qonşu kimi davranacaq”.

Qoşun göndərməyə hazırdır

Ötən həftənin Çərşənbə axşamı Ərdoğan, istəndiyi təqdirdə, Türkiyənin Liviyaya qoşun göndərməyə hazır olduğunu bildirib.

Şənbə günü xarici işlər naziri Mövlud Çavuşoğlu hələ belə bir tələbin olmadığını söyləyib.

Türkiyənin əsas müxalif partiyasından – CHP-dən olan millət vəkili və NATO Parlament Məclisinin üzvü Utku Çakirözer Ərdoğanın Liviyaya qoşun göndərmək və tərəf alma perspektivindən narahat olduğunu dilə gətirib.

“Türkiyə yeni bir macəraya girməməlidir. AKP hökuməti dərhal Liviyadakı müharibənin tərəfi olmağı dayandırmalıdır”.

Cümə axşamı Həftər aprel ayında başlayan, lakin paytaxtın kənarında dayanan hücumu davam etdirmək niyyəti ilə qüvvələrini cəmləşdirməyə çağırış edib.

MBH daxili işlər naziri Fəthi Bəşəqə deyib ki, hökumət Həftərin “hər hansı bir dəli cəhdininin qarşısını almağa hazırdır”.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar