Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Çernobıl qəzasına oxşayan təyyarə qəzası

Hakimiyyət qəzanın həqiqi səbəbini xalqdan niyə gizlədir?..

Vitali Portnikov

“Obozrevatel”, Ukrayna, 14 yanvar 2020-ci il

Beynəlxalq şərhçilər və müşahidəçilər hazırda İranın özündə baş verən etirazları Çernobıl AES-dəki qəzadan sonra Sovet İttifaqında yaranmış atmosferlə müqayisə edirlər.

O zaman totalitar ölkədəki insanlar da yalnız texnoloji fəlakətə görə deyil, baş verənlər haqqında danışmaq istəməyən hakimiyyətin susmasına görə də karıxmışdılar. Məhz Çernobıl AES-dəki qəza SSRİ-dəki dəyişikliklr üçün mühüm siqnal oldu. Bu dəyişikliklər yalnız kommunist rejiminin dağılması ilə deyil, “şər imperiyası”nın – Sovet İttifaqının özünün dünya xəritəsindən silinməsilə də nəticələndi.

Həmən qeyd edim ki, fikrimcə, İran hazırda real Çernobıldan çox, “Çernobıl” serialını yaşayır. Təsadüfi deyil ki, fars dilinə hadisələrin real qəhrəmanlarının deyil, bu filmin qəhrəmanlarının monoloqları tərcümə edilir.

Çernobıl AES-dəki qəza zamanı nə baş verdiyinin gizlədilməsi Sovet İttifaqında İrandakı etirazlarla müqayisə oluna biləcək kütləvi etirazlara gətirib çıxarmadı. Bundan əlavə, ərazisində qəza baş verən Ukrayna müttəfiq respublikası uzun müddət ərzində ölkənin ən mühafizəkar müttəfiq respublikası olaraq qalıb. Eləcə də qəza nəticələrinin güclü təsir etdiyi Belarus… Kommunist nomenklaturası oradakı mövqelərini, praktiki, SSRİ-nin dağılmasınadək saxlayıb. Ukrayna SSR və Belorusiya SSR Ali Sovetlərinə ilk ədalətli seçkilərdə seçicilərin əksəriyyəti hətta müstəqilliyin elan edilməsindən sonra marginal durumda qalan milli və demokratik qüvvələrin nümayəndələrinə deyil, kommunistlərə səs verib. Ətraf mühit fəalları da daima belə marginal durumda qalıblar. Və bu, bəli, Çernobıl qəzasından sonra olub.

Tehran səmasındakı təyyarə qəzasından sonra da Ukraynada buna bənzər bir şey baş verir. İran cəmiyyəti sadə sual verir: “Nə üçün hakimiyyət yalan danışıb?” Axı belə sualı istənilən sadə ukraynalı da özünə verə bilər: “Nə üçün onun hakimiyyəti, bilməsinə baxmayaraq, qəzanın həqiqi səbəbləri haqqında danışmayıb?” Nə üçün dövlət başçısı həqiqəti, hətta dünyanınn aparıcı ölkələrinin rəhbərləri bu barədə danışdığı halda, inkar edə bilib? Nə üçün Ukrayna rəhbərləri, Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin etirafına görə, İrandakı Ukrayna diplomatlarını yalan danışmağa məcbur ediblər? Ümumiyyətlə, Ukrayna hakimiyyətində nə baş verir? İran ayətullahlarının başlıca müttəfiqi və avtoritar rejimi ölümcül raketlərlə təmin edən Putini incik salmaq riski onun qərarına necə təsir edir? Yoxsa bu, qorxu deyil, razılaşmadır?

Ölkədə bu sualları vermək istəyinin, etirazların olmaması göstərir ki, real Ukrayna real Çernobıl qəzasından sonra o qədər də güclü dəyişməyib. “Maydan”a çıxmağa və ya milli oriyentirli qüvvələrə səs verməyə qabil olan vətəndaşlar burada yenə də, 1990-cı illərin əvvəllərində olduğu kimi, azlıqdadırlar. Əksəriyyət isə möcüzəyə inamla və Moskvadan qorxu ilə yaşamağa davam edir. Ya da sadəcə ölkədən qaçır. Təbii, 1980-ci illərin sonunda belə imkan sadəcə hələ yox idi.

Deməli, iranlılar həqiqətən özlərini “Çernobıl” serialındakı kimi aparmalıdırlar. Biz isə, əgər həqiqətən yalanla yaşamaq istəmiriksə, iranlılar kimi…(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı - Belə savaş olmayıb

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

loading...

Ən çox oxunanalar