Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda taxıl qıtlığı gözlənilir?

Azərbaycanda bu il taxıl qıtlığı gözlənilmir...

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, ölkənin taxıl təminatında heç bir qeyri-müəyyənlik yoxdur: "Bu il ölkəyə taxıl idxalı da ötən ilin yanvar ayı ilə müqayisədə 50 faiz azalıb. Artıq bu il də idxalın azalması gözlənilir. Ötən il taxıl ehtiyatı tam olaraq formalaşdırılıb".

F.Fikrətzadə 2018-2019-cu il mövsümündə ölkəyə taxıl idxalının artmasının səbəblərini də açıqlayıb: "2017-2018-ci il mövsümündə dünya bazarında taxılın qiyməti artmışdı. Ona görə də yerli sahibkarlar daha çox ehtiyat taxıllarından istifadə etdilər, yəni xaricdən idxala üstünlük vermədilər. Həmin vaxt Azərbaycanın taxıl ehtiyatı 1 milyon 600 min tondan 700 min tona düşmüşdü. 2018-2019-cu mövsüm ilində isə dünya bazarında taxılın qiyməti aşağı düşdü. Bundan istifadə edən sahibkarlar tükənmiş taxıl ehtiyatını artırdı. Onu da qeyd edim ki, 2019-2020-ci il mövsümündə həm dünya bazarında, həm də Azərbaycanda quraqlıq riskinə görə istehsalın həcmində qeyri-müəyyənlik gözlənilir. Ona görə də sahibkarlar öz ehtiyatlarını formalaşdırıblar. Bu il əkin yaxşı çıxış vermədi. Oxşar proses dünya ölkələrində də müşahidə edilir. Bu il Azərbaycanda da taxıl istehsalının azalması gözlənilir. Amma bu, ölkədə taxıl qıtlığının yaranmasına səbəb olmayacaq. Çünki ötən il sahibkarlar tərəfindən ölkənin taxıl ehtiyatı formalaşdırılıb. Ona görə də hazırda ölkədə kifayət qədər taxıl ehtiyatı var". (Conflict.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar