Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun yaxın qohumu həbs edildi - Yenilənib

Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə daxil olan daha bir şəxs “neytrallaşdırılıb”...

Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın qohumunun həbsinə dair yeni detallar məlum olub.

Yenicag.az-a daxil olan məlumata görə, Fazil Məmmədovun bacısı Rəsalə Məmmədovanın kürəkəni Vüsal Əliyev vergi yoxlamalarının nəticələri əsasında həbs edilib.

Qeyd etmək lazımdır ki, Vüsal Əliyevin qayınatası ləğv olunmuş Vergilər Nazirliyində Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin “boz kardinalı” hesab edilən, “kəsdiyi başa sorğu-sual olmayan” Namiq Məhi oğlu Quliyevdir.

Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə vergidən yayınmaq məqsədilə öz şirkətlərini məhz kürəkəni Vüsal Əliyevin adına qeydiyyatdan keçirib.

Əldə etdiyimiz məlumata əsasən, qaynatasının qurduğu “sığortalayıcı kombinasiya” üzündən gözaltına alınan Vüsal Əliyev Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, bir müddət əvvələ qədər “AtaBank”ın Müşahidə Şurasının sədri postunu tutan Dəyanət Quliyev (Namiq Quliyevin oğlu) bankda vəziyyət ağırlaşdığı zaman məsuliyyətdən yayındırılmaq üçün başqa işə keçirilib.

Vüsal Quliyevin adına qeydiyyatdan keçirilmiş şirkətlərdə isə külli miqdarda yeyintiyə yol verildiyi aşkarlanıb. Eyni zamanda, Vüsal Əliyevin adına olan 3 şirkətdə 15 milyon manat həcmində vergidən yayınma faktı müəyyən edilib.

Əslində, bu, Vüsal Əliyevin vergidən təkbaşına yayındıra biləcəyi bir məbləğ deyil. O səbəbdən, “AtaBank” işi çərçivəsində yeni həbslərin həyata keçiriləcəyi gözlənilir.

***

Yenicag.az xəbər verir ki, sabiq Vergilər naziri Fazil Məmmədovun bacısının Vüsal adlı kürəkəni “AtaBank” işi”nə görə həbs edilib.

Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, “AtaBank” işi” adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların Fazil Məmmədova ciddi başağrısı yaradacağı bildirilirdi.

Məmmədovla əlaqədar medianın əldə etdiyi məlumatlarda onun yaxın adamlarına yönəlmiş həbslərin davam edəcəyi, hətta keçmiş nazirin özünün də eyni aqibətə məruz qalacağı iddia olunmaqdadır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ən çox oxunanalar