Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virus öz inadında, azərbaycanlılar da toy inadında...

"Artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər”...

PİA.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının toy və yas mərasimlərinin təşkili ilə bağlı yaratdığı gərginliyə münasibət bildirən deputat Fazil Mustafa qeyd edib.

Fazil Mustafaya görə, virus insanlara gələcəyi yenidən qurmaq çağırışı edir və buna görə də toy-yas mərasimləri ilə bağlı klassik adət-ənənələrimizdə də dəyişikliklər etmək lazımdır:

"Virusun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca, əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında… Azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir, yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlər.

Anlaşılandır, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşpazdan tutmuş "Limuzin” sürücüsünə qədər. Lakin birdən-birə virusun təhdidi ilə hamının həyatı sadələşib.

Bu, o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər. Bu, eyni qaydada mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq. Yəni tədbirləri təxirə sala-sala getməyin də ağlabatan izahı yoxdur”.

Fazil Mustafa təklif edir ki, sözügedən sahələrdə xidmət göstərən vətəndaşların işsiz qalmaması üçün dövlət tərəfindən lazımi addımlar atılmalıdır:

"Sosial gərginliyin qarşısını almaq məqsədilə dövlət bu qəbildən olan vətəndaşlar üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməli, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır”. (Yenicag.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Ən çox oxunanalar