Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya kreditlərindən kimlər yararlanacaq? - Oliqarxlar, yoxsa...

Dövlət dəstəyi ilə sahibkarlara verilən kredit sərmayəyə həqiqi ehtiyacı olanlar üçün əlçatan olacaq?..

İqtisadçı-ekspert: “Bu vaxta qədər Azərbaycanda olan təcrübədə güzəştli kreditlərin əsl ehtiyacı olanlara çatmadığını görmüşük”.

“Həqiqətən də sahibkarların bu cür kreditlərə ehtiyacı var idi”.

Bu sözləri iqtisadçı-ekspert Azər Mehtiyev pandemiya dövründə ziyan çəkmiş sahibkarlara verilən kreditləri PİA.az-a şərh edərkən qeyd edib.

Pandemiyadan zərər çəkən sahibkarların dövlət zəmanətli kredit əldə etmək imkanları genişləndirilir. Artıq onlar onlayn qaydada da müraciət edə bilərlər.

Biznes krediti əldə etmək istəyən sahibkarlar ilk olaraq www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə “Elektron kredit platforması”na daxil olmalıdırlar. Müvəkkil kredit təşkilatı seçildikdən sonra, biznes-plana uyğun kredit məbləği seçilməli və müraciət təsdiqlənməlidir. Bundan sonra sahibkar “Elektron kredit platforması”nda “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Samir Hümbətov deyir ki, dövlət zəmanəti verilən kreditin maksimal məbləği və illik faiz dərəcəsi əlverişlidir.

Sahibkarların əldə etdikləri kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.Cari ilin 10 mart tarixinə 60 günədək gecikməsi olan sahibkarlar da bu mexanizmdən yararlana bilərlər.

Bəs sahibkarlara verilən bu cür kreditlər iqtisadiyyatın və özəl sektorun yenilənməsinə təkan verəcəkmi? Ən əsası dövlət zəmanətli kreditlər ehtiyacı olanlar üçün əlçatan olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.

Azər Mehtiyev: “Bu cür kreditlərdən Sahibkarlara Kömək Milli Fondunun dəstəyi ilə kreditə ehtiyacı olmayan oliqarxların yararlandığını bilirik”.

Pandemiya dövründə fəaliyyəti qismən, ya da tamamilə dayanmış sahibkarların çox olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, onların əksəriyyəti hazırda müflisləşmək üzrədir. Ekspert qeyd edib ki, xüsusən kiçik və orta biznesin vəziyyəti hazırda çox acınacaqlıdır:

“Həqiqətən də sahibkarların bu cür kreditlərə ehtiyacı var idi. Çünki pandemiya dövründə karantin səbəbi ilə çox böyük ziyana düşən sahibkarlar var. Həmçinin pandemiya dövründə fəaliyyəti qismən, ya da tamamilə dayanmış sahibkarlar var. Onlar faktiki olaraq müflisləşmə ilə üz-üzə qala bilərlər. Xüsusən kiçik və orta biznesin vəziyyəti hazırda çox acınacaqlıdır. Bu baxımdan onlara bu cür kreditlərin verilməsi ən azı həmin insanların öz işlərini yenidən bərpa etmələri üçün önəmli addım ola bilər.

Əsas məsələlərdən biri karantin rejiminin nə qədər davam edəcəyidir. Sahibkarlar nə qədər tez işə başlayıb kreditlərdən istifadə edə bilsələr onların öz işlərini yenidən qurmaq şansları bir o qədər yüksək olar. Ən azı itkilərin qarşısını almaq mümkün olar. Yəni daha böyük itkilərə məruz qalmağın qarşısını almaq mümkün olar.

Azər Mehtiyev: “Ümid edirəm ki, doğrudan da kreditə ehtiyacı olan sahibkarlar verilən kteditlərdən yararlana biləcəklər”.

Bu baxımdan elan olunan dəstəyin əhəmiyyəti çox böyükdür. Ancaq əsas məsələ həmin dəstəkdən kimlərin yararlana bilməsidir. İndiki halda elektron kredit təminat sistemi qurulub və bundan sahibkarların istifadə etmək imkanları var. Ümid edirəm ki, doğrudan da kreditə ehtiyacı olan sahibkarlar verilən kteditlərdən yararlana biləcəklər.

Bu vaxta qədər Azərbaycanda olan təcrübədə güzəştli kreditlərin əsl ehtiyacı olanlara çatmadığını görmüşük. Yəni bu cür kreditlərdən Sahibkarlara Kömək Milli Fondunun dəstəyi ilə kreditə ehtiyacı olmayan oliqarxların yararlandığını bilirik. Bu cür böyük qurumların hər zaman maliyyə imkanları geniş olur. Əslində onların kredit almadan da öz fəaliyyətlərini bərpa etmək imkanları var.

Bir daha qeyd edim ki, bu cür güzəştli kreditlərin həqiqətən də ehtiyacı olan sahibkarlara çatacağına ümid edək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Kredit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Ən çox oxunanalar