Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Əli Həsənovlar, Vüqar Səfərlilər peyda olacaq...”

"Dolayısı yolla mətbuatın satın alınmasına son qoyulmalıdır"...

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetlərinə aylıq 20 min manat, “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət” qəzetlərinə aylıq 10 min manat, “Azad Azərbaycan”, “Türküstan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi”, “Nedelya” qəzetlərinə isə aylıq 5 min manat, yəni ümumilikdə aylıq 205 min manat, 6 aya isə 1 milyon 230 min manat pul ayırıb. Əlbəttə, bu, əvvəllər ayrılmış pullardan dəfələrlə azdır. Bununla belə bu addımı yanlış sayıram, çünki bunların içində ara-sıra mədəniyyətlə bağlı yazılarına görə oxunan "525-ci qəzet"dən başqa cəmiyyətə fayda verəni, oxunanı da demirəm, heç tanınanı da yoxdur və əksəriyyəti reketçiliklə məşğuldurlar”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

O bildirib ki, elan olunan meyarlar da reallığı əks etdirmir və qərəzlidir: “Ancaq "Yeni Müsavat" qəzetinə baxsaq, ondan da çox oxunan "Azadlıq" qəzetinin kənarda qalması açıq-aşkar ayrı-seçkilikdən xəbər verir. Bu cür davam edəcəyi təqdirdə əminəm ki, az müddətdən sonra artıq yeni əli həsənovlar, vüqar səfərlilər peyda olacaq. Hesab edirəm ki, dolayısı yolla mətbuatın satın alınmasına son qoyulmalıdır. Buna görə də bu cür ayırmalar dayandırılmalı, KİVDF hesabına tikilmiş evlərdən reket jurnalistlərə verilmiş mənzillər geri alınmalı və bu prosesə də son qoyulmalıdır. Azad, cəmiyyətə fayda verəcək mətbuatın inkişaf etməsi üçün tamam başqa meyarlar əsasında konsepsiya hazırlanmalıdır. Bu barədə peşəkarlar tərəfindən dəfələrlə təkliflər verildiyindən onları bir daha təkrarlamaq istəmirəm. Bundan başqa, hakimiyyət anlamalıdır ki, artıq qəzetlər informasiya mənbəyi kimi keçmişdə qaldı. Yeni konsepsiya bu gün əsas təbliğat mənbəyinə çevrilmiş sosial şəbəkələr üzərindən aparılmalıdır.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar