Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca iyulun 12-dən etibarən intensivləşmiş və barəsində məlumat verilən hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatdır...

PİA.az xəbər verir ki, bu barədə BQXK-nin yaydığı məlumatda bildirilir. 

Qeyd olunub ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir.

BQXK münaqişə tərəfləri ilə öz narahatlıqlarını ikitərəfli qaydada bölüşür, eləcə də, mülki şəxsləri hərbi əməliyyatlarda bilavasitə iştirak edən şəxslərdən hər bir zaman fərqləndirmək öhdəliklərini xatırladır.

BQXK-nın region üzrə əməliyyatlarının direktoru Martin Syup tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, məktəb binaları və səhiyyə müəssisələri kimi mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırıb: "Biz tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə və hərbi əməliyyatların son kəskinləşməsinin təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq”.

Qeyd edək ki, BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, BakıYerevandakı nümayəndəlikləri vasitəsilə Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca yerləşən icmalara dəstək göstərir. Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir. (report.az)

pia.az


Etiket: BQXK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar