Cümə, 18 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Məktəbə gedəsi uşaqları olan ailələrə nəinki 190, heç 380 manat da bəs etməz”

“Vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür”.

Bu barədə Baş Nazir Əli Əsədov avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə deyib.

Baş nazir deyib ki, bunun üçün ilkin olaraq insanlar maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara əməl etməlidir, eyni zamanda açılacaq obyektlərin fəaliyyəti üzrə təlimatlar hazırlanıb. Və buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb.

Hazırda sosial-iqtisadi vəziyyət bir sıra sahələrdə yumşalma üçün əsas verir. O cümlədən təsərrüfat malları, geyim və digər mağazaların açılması mümkündür. Bundan başqa əhalinin yayın qalan hissəsini minimum şərtlərdə dincələ bilməsi üçün rayonlara gediş-gəlişin bərpa olunması təmin oluna bilər.

Bu zaman bir sıra məhdudiyyətlərin tətbiq olunması mümkündür. Məsələn, Avropanın bir sıra ölkələrində mağazaların sahəsinə uyğun olaraq eyni anda müəyyən sayda müştərini içəri buraxmağa icazə verilirdi. Bu qaydanı tətbiq etməklə Azərbaycanda da mağazaların fəaliyyətini bərpa etmək, sosial məsafə qaydalarına əməl etməklə bu sahələrdə fəaliyyəti bərpa etmək olar.

Həkim Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, Operativ Qərargahın (OQ) may ayından başlayaraq, demək olar, bütün qərarları mübahisə doğurdu. “İstər 5 ayı tamam olan karantin rejimi, istər iş yerlərinin hələ qapalı olması, istərsə də rayonlararası gediş-gəliş. Nəticə göz qabağındadır. Yay bitir, biz hələ bilmirik ki, qəbul imtahanları nə zaman və harada olacaq, 1 ay sonra başlayacaq dərslər onlayn, yoxsa normal qaydada olacaq, toylar və digər tədbirlər olacaqmı, karantin tam olaraq nə zaman bitəcək? Bilmirik. Amma bilsəydik yaxşı olardı. Çünki belə davam edə bilməz. Deyək ki, 17-dən bəzi kafe və açıq hava restoranları açıldı. İki həftə sonra yay bitir. Avqustun 17-dən sonra açsalar nə dəyişəcək ki? Avqustun sonu rayona gediş gəliş açılsa nə olacaq, açılmasa nə olacaq”, - o vurğulayıb.

M.Hüseynovun sözlərinə görə, normalda əhali 25 avqustdan sonra yay istirahətini bitirib, Bakıya toplaşıb, məktəbə və payız aylarına hazırlaşırdı. “Operativ Qərargahın bu qərarları, mədəni dildə “getməyin” deməkdir. Başqa heç nə. Əhalinin bəzi hissəsinə 190 manat paylandı, avqustda da paylanacaq, amma sentyabrın 15-i məktəbə gedəsi uşaqları olan ailələrə nəinki 190, heç 380 manat da bəs etməz. Dövlət 5 aydır işsiz olan, məktəbli uşağına nəinki payız paltarı, heç normal qidası belə olmayan insanları düşünməlidir. Məncə, OQ vaxt itirmədən, yas və toy məclisləri xaricində bütün iş yerləri, ticarət mərkəzləri və qapalı-açıq restoranların işini bərpa etməlidir. Beləcə, təxminən yarım milyon insan evinə gündəlik çörək pulu apara biləcək. Fikrimcə, dövlət insanları 6 ay qorudu. Bu yetərlidir. Bu saatdan sonra insanlar zəhmət çəksin özləri özlərini qorusun. Maskalarını taxıb, sosial məsafə saxlayıb, gigiyenik qaydalara əməl etsinlər. Bu yetərlidir”.

Tanınmış iqtisadçı, iş adamı Nazim Bəydəmirli hesab edir ki, Operativ Qərargahın şənbə-bazar günü sərt karatin rejimi elan etməsi, ictimai nəqliyyatın işləməməsi barədə qərarı doğru deyil. İqtisadçı hesab edir ki, sosial məsafə qorunmaqla bütün iş yerləri açılmalıdır: “Mən rayona gediş-gəliş qadağasını da doğru saymıram. Hamı bilir ki, bölgə əhalisindən qeydiyyatda olanların təqribən 50 faizindən çoxu Bakıda və ətraf qəsəbələrdə yaşayırlar”.

N.Bəydəmirlinin sözlərinə görə, karantin dövrü yaz-yay aylarına düşdüyünə görə insanlar kənd təsərrüfatı məhsullarının istehsalı, becərilməsi, onlara qulluq edilməsi üçün rayonlara gedirlər. Karantin rejimi ilə onların qabağını almaq doğru deyildi. Bu, xəstəliyin yayılmasının qarşısını almadı, əksinə, onu çoxaltdı.

Nazim Bəydəmirli hesab edir ki, dövlət hesabına təmizlik və s. işlərdə çalışmaq üçün 250 manat maaşlı iş yerləri yaratmaq ciddi dəstək sayıla bilməz. “Əslində icra başçıları həbs edilərkən məlum oldu ki, bu iş yerlərinin hamısı kağız üzərindədir və pullar mənimsənilir. Görünən odur ki, bu iş yerləri ilə bağlı əvvəlki mexanizmlər işlək olmadığına görə, effektiv deyil. Hesab edirəm ki, Operativ Qərargah sərt karantin rejimi tətbiq etməsəydi, iş yerlərini bağlamasaydı real vəziyyət indikindən qat-qat yaxşı olardı. Bundan sonra da sosial məsafəni gözləməklə, gigiyena qaydalarına əməl etməklə bütün məhdudiyyətlərin ləğv olunmasının tərəfdaram”, - deyə iş adamı vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirir ki, əldə olunan müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq bundan sonra da çox ciddi nəzarət mexanizmi olmalıdır. O, Prezidentin bu barədə çıxışından sitat gətirib: “İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar, sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir”. Bu, böyük bir ictimai-siyasi, sosial-iqtisadi tablonu bütün incəlikləri ilə canlandıra bilən sözlərdir. Əlbəttə, COVİD-19 hələ yoxa çıxmayıb, infeksiyaya qarşı mübarizə tam gücü ilə aparılır. Ən müxtəlif səviyyələrdə tez-tez işlədilən “ikinci dalğa”ya gəldikdə isə, ümumiləşmiş fikir bundan ibarətdir ki, o, COVİD-19 infeksiyası yoxa çıxdıqdan sonra hansısa yeni bir yoluxma qaynağı ilə təzahür edə bilər. Deməli, arxayınlaşmaq üçün hələ tezdir, məsələ öz ciddiyyətini saxlamaqdadır. Bütün bu məhdudiyyətlər, dövlətin öz üzərinə əlavə sosial-iqtisadi və s. yük götürməsi bir məqsədə xidmət edir: vətəndaşın sağlamlığı! Bütün digər amillər bundan sonra gəlir, o cümlədən iqtisadi inkişaf, iqtisadiyyatın dayanıqlılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, postpandemiya dövrünə hazırlıq və s”.

Deputatın sözlərinə görə, heç şübhəsiz, ölkənin iqtisadi blokuna məsul dövlət qurumları durum dəyərləndirmələri aparır, dövlət başçısına məruzə edir və alternativlərin ən yaxşısının seçilməsi ilə bağlı addımlar atır, planlar qurur. “Məsələn, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı planların olduğu artıq sirr deyil. Son vaxtlar bu planda aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması qaçılmaz xarakterdədir. Özəlləşdirmə sahəsində də daha geniş islahatlar aparılması gözləniləndir. Yenidən sırf koronavirus mövzusuna qayıtsaq, deməlyik ki, infeksiya ilə mübarizədə dövlətin atacağı addımlar duruma uyğun şəkildə olacaq. Heç kəs üçün sirr deyil ki, cəmiyyət fiziki və psixoloji yorğunluq içindədir, əlaqədar qurum-quruluş məsulları, sahə məmurları da 24/7 rejimində çalışır. Bəs nə etməli? Bilməliyik ki, mümkün olan yumşaldılmalar ediləcək – bu bir, ikincisi, gərək, vətəndaşlar da, sadə tələblərə - məsafə, maska, mədəni gigiyena qaydalarına əməl edə ki, yoluxma yenidən kəskin artış göstərməsin. Ümidvaram, dövlət-xalq birliyi ilə daha ciddi nəticələri əldə edə biləcək, ölkəmizin koronavirusla mübarizədə nümunəvi ölkə olması üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - millət vəkili vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin köməkçisi Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşdü - Foto

Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar

Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası ilə bağlı sensasion iddialar...

"Nəcməddin Sadıkovun qızı nişanlanıbsa, burada nə qəbahət var?..."

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - Video

Oğlunun Aygün Kazımovanın qızıyla videosu yayılan Daşqın Nəsirov kimdir?

Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov infarkt keçirdi

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar... – İrəvanın gizli sənədi ortaya çıxdı

Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” - Video

Baş infeksionist: “O qədər toyu olan cavan ailələrimiz var…”

Elman Nəsirov qalmaqallı açıqlamasına görə üzr istədi

Navalnının adamları onun harada zəhərləndiyini üzə çıxardılar

loading...

Ən çox oxunanalar