Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır” - İnstitut direktoru

Azərbaycanda olan kəhrizlər üzərində elmi-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, su ehtiyatlarından səməri istifadə etmək üçün kəhrizlərin qorunması və onlardan su mənbəyi kimi istifadə edilməsi vacib məsələlərdən biridir.

Hələ 1938-ci ildə Azərbaycanda 1500 kəhrizin mövcud olduğunu, onların 885-nin rəsmi dövlət qeydiyyatına alındığını deyən Ə.Quliyev həmin kəhrizlərdən içməli və suvarma su mənbəyi kimi istifadə edildiyini xatırladıb.

O əlavə edib ki, kəhrizlər vasitəsi ilə il ərzində 500 milyon kubmetrdən çox su istifadə olunurdu.

İnstitut direktoru qeyd edib edib ki, artıq həmin kəhrizlərin 332-si erməni işğalı altındadır.

Ə.Quliyev 2016-cı ildən başlayaraq, AMEA ilə “Azərsu” ASC arasında bağlanmış müqavilə əsasında Azərbaycan ərazisindəki kəhrizlərin tədqiq edildiyini də söyləyib:

“Hazırda Ağstafa rayonunun Həsənsu kəndi ərazisində kəhrizlərin bərpası işi həyata keçirilir. Kəhrizlərin bərpası və yeni kəhrizlərin layihələndirilməsi işi kifayət qədər maliyyə tutumlu olduğu üçün bu işlətrin görülməsindən ötəri yeni maliyyə mənbələrinin tapılması ən vacib məsələdir. Ancaq hər şeyi də dövlətlərdən gözləmək olmaz. Bu sahəyə vətənpərvər iş adamları da öz dəstəyini göstərməlidirlər”.

pia.az


Etiket: kəhrizlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar