Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının arxasınca getdi — Video

Ötən il valideynlərinin arzusu ilə 652 balla Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olan 18 yaşlı Lənkəran şəhər sakini Mirənvər İsmayılov seçiminin ürəyincə olmadığını görüb.

PİA.az Baku TV-yə istinadən xəbər verir ki, bir neçə ay Tibb Univeristetinin auditoriyasında oturan gənc anidən ürəyinin səsinə qulaq asaraq, ərizə yazıb, ali məktəbdən imtina edir. 

Yenidən qəbul imtahanlarına hazırlaşmağa başlayır. Beləliklə, gənc 11-ci siniflər üçün keçirilən qəbul imtahanının birinci mərhələsində maksimum nəticə olan 300 bal toplayıb. 

O, nəinki oxuduğu məktəbin, eləcə də, respublikanın maksimum nəticə göstərən abituriyenti olub. 

Onun hədəfi isə Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmaqdır. 

Qeyd edək ki, Mirənvər İsmayılov ötən il ABŞ universitetlərinə keçirilən qəbul imtahanlarında da yüksək nəticə göstərib. Azərbaycan Tibb Univeristetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar