Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya meydan oxuyan maliyyə modeli: Çin iqtisadiyyatı necə bərpa olundu?..

Çinin gördüyü tədbirlərin faydalı olub olmadığını zaman göstərəcək. Lakin Çin verdiyi iqtisadi qərarlarla çətinliklərə meydan oxumağa və uğurlu olmağa çoxdan adət edib...

Abdullah Raddadi
“The Independent” qəzeti, 21 sentyabr 2020-ci il

Çin keçən həftə iqtisadi göstəricilərini açıqlayan bir hesabat yayımlayıb. Hesabat bir çox izləyicinin diqqətini çəksə də, Çinin məlumatlarına şübhə ilə yanaşan başqa bir qrupu da qəzəbləndirib.

Çin hökumətinin açıqladığı məlumatlara əsasən, bu ilin avqust ayında sənaye istehsalı keçən ilə nisbətən 5,6%, aktiv investisiyalar isə 4% artıb və beləliklə, Çinin ticarət balansı 19% yüksəlib. Bundan əlavə, pərakəndə satış ilin ilk 7 ayında 8,6% azalsa da, bu ilin avqust ayında satışlar əvvəlki ilə nisbətən təxminən 0,5% artıb.

Bu rəqəmləri araşdıranlar Çinin koronavirus pandemiyasının iqtisadi təsirlərindən sağlam çıxdığını və çıxmağa hazırlaşdığını görəcəklər. Lakin bu ilin əvvəlində, virusun digər ölkələrə çatmasından ən azı 2 ay əvvəl bir çox insan bu rəqəmlərə şübhə ilə yanaşırdı, çünki pandemiyadan təsirlənən ilk ölkə Çin idi.

Bu dirçəlişin səbəbi Çin hökumətinin son vaxtlar etdiyi yüksək xərclərlə bağlıdır. Çin hökuməti pandemiya dövründə işsizlik səviyyəsindəki artımdan sonra məşğulluq nisbətini artırmaq məqsədilə yüksək ödənişlər edib.

Çin daha çox infrastruktur layihəsi həyata keçirərək xərclərini artırıb. Bu şəkildə fabriklərin istehsalını artıra bilib.

Çinin digər dünya ölkələri ilə müqayisədə zəif olan daxili tələbi ona olduqca zərər verir. Əslində, qlobal orta nisbət 63% olduğu halda, Çinin daxili tələbi öz iqtisadiyyatının 39%-ni keçmir. Bu səbəbdən, Çinin milli iqtisadiyyatı daha çox ixracata əsaslanır. Analitiklər bu təcrübənin gələcəkdə mənfi təsir göstərəcəyini düşünürlər. Çünki iqtisadi dirçəliş Çinin etdiyi kimi hökumətin tələb artımına deyil, təbii və sağlam bir tələb artımına əsaslanmalıdır.

Çin həm də işsizlərin çoxuna kömək edə bilmir. Pandemiya zamanı işsiz qalan 80 milyon çinlinin 3%-dən azı dövlət yardımı alır. Bu nisbət Çində daxili tələbin azalmasına səbəb olan faktorlardan biridir. Bəziləri Çinin, həqiqətən bu pandemiyanın təsirlərindən qurtulmadığını düşünürlər. Pekində ictimai nəqliyyatdan istifadənin 10%-dən daha çox düşməsini də buna əsas kimi göstərirlər. Onların fikrincə, bu azalma çinlilərin koronavirus pandemiyası ilə bağlı qorxu və narahatlığının davam etdiyini göstərir.

Xüsusən də, hazırda ixrac etdiyi malların nisbəti qlobal malların 13%-dən çoxunu təşkil edərək tarixi bir həddə çatdığı üçün Çinin pandemiyadan nə dərəcədə istifadə etməsi ilə bağlı şübhələr də ortaya çıxır. Çin isə bu mövzuda düşünür ki, o, erkən müdaxilələr etdiyi üçün iqtisadi canlanma baş verib. Bu fikir bir sıra səbəblərə görə doğru ola bilər. Bunlardan biri Çində avtomobil satışında 12% artım olmasıdır. Bu səbəbdən, ictimai nəqliyyatdan istifadənin azalmasının səbəbi Çin xalqının narahatlıqları deyil, pandemiya barədə məlumatlılığının artmasıdır.

Çində istehsal artımına paralel olaraq ixracatı da yüksəlib. Əslində, qlobal ixrac mallarındakı payının artması ilə yanaşı, ticarət artımı da buna sübutdur. Çünki Çin fabriklərində istehsal artımının bütün fabriklərdə lazımi sanitariya tədbirlərini həyata keçirən hökumət tərəfindən təmin edildiyini demək olar. Fabrik mühitinin digər iş yerləri ilə müqayisədə nisbətən asan idarə edilməsi bu tədbirlərin uğurlu olmasına kömək edən amillərdən biridir.

Çin uzun müddətdir çoxları üçün şübhə mənbəyidir. Pandemiyanın şərtləri bu şübhələrin artmasına səbəb olub. Bununla birlikdə, Çin iqtisadi modeli dünyada heç bir ölkəyə bənzəmir. Bu iqtisadiyyatın böyüklüyünə baxmayaraq, Çin hökuməti dünyanın heç bir ölkəsində olmadığı qədər öz iqtisadiyyatımı ciddi şəkildə idarə edir.

Bundan əlavə, Çin iqtisadiyyatının son onilliklərdəki davamlı böyüməsi bu gün də davam edən artıma haqq qazandıra bilər. Bəziləri üçün təəccüblü olan bu artım Çinin son illərdə gördüyü böyümə nisbətlərinə görə olduqca azdır. Bu nöqtədə Çinin digər ölkələr kimi pandemiyadan təsirlənməsinə və müsbət iqtisadi rəqəmlərə sahib olmasına baxmayaraq, bu göstəricilərin pandemiya ilə müqayisədə önəmsiz olduğu ortaya çıxır.

Çin tərəfindən görülən tədbirlərin faydalı olub olmadığını zaman göstərəcək. Bununla birlikdə, Çin verdiyi iqtisadi qərarlarla çətinliklərə meydan oxumağa və uğurlu olmağa çoxdan adət edib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Ən çox oxunanalar