Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı..." - Fotolar  

Moderator.az “Ögey ana” filminin Cəmiləsi-musiqiçi Sevinc Axundova ilə müsahibəni təqdim edir:

- Sevinc xanım, xoş gördük sizi. İstərdim öncə karantin günlərinizdən danışasız...

- Salam, çox şadam ki, mənimlə həmsöhbət olursuz. Hər gün bir işlə başımı qatıram, iş tapılır. Siz bilirsiz ki, mən piano müəlliməsiyəm. Musiqi notlarını vərəqləyirəm, uşaqlarla məşğul oluram. Günüm bax belə keçir.

- “Ögey ana” filmində Cəmilə obrazı ilə hər kəsin yaddaşında iz buraxmısız. Filmə necə dəvət gəlib sizə?

- Kinostudiyada o vaxt müsabiqə elan olunmuşdu və Cəmilə obrazı üçün azyaşlı qız axtarırdılar. Kinostudiya o vaxt “Dom Sovetin” yaxınlığında yerləşirdi. Yadımdadır ki, müsabiqəyə çox uşaq gəlmişdi, hamımızı yoxlayırdılar. Biz də obrazdan-obraza girirdik. Daha sonra mən Səməd Vurğunun “Azərbaycan” şeirini dedim. Rejissor Həbib İsmayılov dedi ki, mən Cəmiləni belə təsvir edirəm. Saçlarım o vaxt uzun idi, rejissor dedi ki, gərək sənin saçlarını qısa kəsək. 1 ay yarım sınaq çəkilişlərindən sonra biz filmə çəkildik. Çəkilişlərimiz İsmayıllının Qalacıq kəndində baş tutdu.

- Amma bəzi mənbələrdə “Ögey ana” filminin İsmayıllının Buynuz kəndində çəkildiyi yazılıb..

- Xeyr, Qalacıq kəndində çəkilib. Hətta biz o müddətdə Qalacıq kəndində məktəbə də getmişdik.

- Filmə çəkilərkən kapriz edirdiniz?

- Xeyr, mən kaprizli uşaq deyildim. Amma çətinliklər olurdu. Çünki uşaq idik, rejissor bizi başa salırdı. Film yaxşı alınıbsa demək ki, yaxşı oynamışıq. Çəkilişlər bir ildən çox çəkdi.

- İsmayıl obrazının ifaçısı Ceyhun Mirzəyevlə sizin səhnələriniz böyük maraq kəsb edir. Xüsusilə də çay və yarasa səhnəsi.. O səhnələri bir daha xatırlaya bilərsinizmi?

- Yarasa səhnəsinin çəkilişi povilyonda baş tutdu. Yadımdadır, orda həm oyuncaq, həm də həqiqi yarasa var idi. Amma mən qorxaq uşaq deyildim. Qorxma səhnəsini sadəcə rola görə inandırıcı oynamışam. Amma çay səhnəsində həqiqətən də qorxmuşdum. Oktyabr ayının əvvəlləri idi, su çox soyuq idi. Bu səhnə də bir neçə dubla çəkildi. Hətta Ceyhun da, mən də xəstələndim.

- Ceyhun Mirzəyevlə münasibətiniz necə idi?

- Ceyhun ürəyi yumuşaq uşaq idi. Bir az dalaşıb-barışırdıq. Böyüyəndən sonra yaxın dost olduq. Özü ilə də, qızı ilə də münasibətimiz qalırdı. Onun çox yaxşı parodist qabiliyyəti var idi. Çəkilişdə aktyorları yamsılayırdı..

- Sizin ananız rolunu sevimli aktrisamız Nəcibə Məlikova oynayıb. Çəkilişlərdə Nəcibə xanımdan ana qayğısı görürdünüz?

- Nəcibə xanımla ailəvi dost idik, bir-birimizin evinə gedib gəlirdik. O da oğlu ilə çəkilişə gəlmişdi. Çox gözəl qadın idi, bütün uşaqlara qayğı göstərirdi. Mənim anam da çəkilişə həkim kimi mənimlə birlikdə getmişdi. Ümumiyyətlə o filmdəki bütün sənətkarlardan böyük qayğı görürdüm.

- Müsahibələrinizin birində qeyd etmisiz ki, Nəcibə xanım məni oğluna almaq istəyirdi. Bu izdivac niyə baş tutmadı?

- Bəli, belə bir söhbət olmuşdu, Nəcibə xanımın ürəyindən keçirdi, amma alınmadı. Çünki biz Nəcibə xanımın oğlu Sahiblə uşağlıqda birgə böyümüşük. Bacı-qardaş münasibətində qaldıq. Oğlu rəhmətə gedib, amma bir nəvəsi hələ də yaşayır.

- Münasibətləriniz varmı?

- Onun qızı xalq artisti Afaq Məlikovanın gəlinidir. Adı da Simadır.

- Səhv etmirəmsə Nəcibə xanımın bir oğlu da hal-hazırda yaşayır..

- Oğlu deyil oğulluğudur. Nəcibə xanım bilirsiniz ki, həyatda da ögey ana olub. Kaş bütün ögey analar Nəcibə xanım kimi olardı.. O qədər doğma analar var ki, ögey anadan da pisdir.

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz?

- Mənim iki qızım var-Cəmilə və Çinarə. Cəmilə adı mənim çox xoşuma gəlir. Uşağ olanda “Cəmilə” adlı ərəb kinosuna baxırdım. Tale elə gətirdi ki, filmdə də adım Cəmilə oldu. Həyat yoldaşım qəfildən rəhmətə getdi, uşağlarımı çətinliklə də olsa tək böyütdüm. Çox sevinirəm ki, qızlarım yaxşı mühitdə böyüyüb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Gəncədə erməni terrorunun növbəti qurbanı Rusiya vətəndaşı olub” - Hikmət Hacıyev + Foto/Video

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib 

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

loading...

Ən çox oxunanalar