Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan hökuməti İrana öz rəsmi etirazını bildirməli və izahat tələb etməlidir”

““Müsəlman qardaşımız” İranın indiki şəraitdə Ermənistana intensiv olaraq silah daşımasının adı XƏYANƏTdən başqa bir şey deyildir”.

PİA.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.

“Bu ölkənin Şərqi Azərbaycan vilayətinin qubernator müavini Aliyar Rastgu, bu gün canlı yayımda silahların hansı yol ilə daşındığını açıqlayıb. Həmçinin, silahları daşıyan şirkətin nümayəndəsi də Şimaldan gələn silah və hərbi texnika dolu 640 ədəd Kamazın Ənzəli limanından Norduz sərhəd keçid məntəqəsinə aparılacağını bildirib. Yerli əhali bu addıma etiraz edərək yolları dağıdır... Əlbəttə, silah karvanları Tehranın ermənilərə yardımının yalnız bir tərəfidir. İranın həm öz arsenalından, həm də Suriyadakı silahlardan Qarabağa göndərdiyini istisna etmək olmaz”, - deyə Q.Məhərrəmli qeyd edib.

Professorun fikrincə, Azərbaycan hökuməti İrana etiraz etməlidir:

“Digər tərəfdən, rus mediası yazır ki, artıq İran Qarabağla sərhədə tanklar yığır. Tehran bununla həm “mən də varam” deyir, həm də bölgədəki azərbaycanlıları qorxutmaq istəyir. Bizcə, göstərilən qeyri-dost davranışlarla bağlı Azərbaycan hökuməti İrana öz rəsmi etirazını bildirməli və izahat tələb etməlidir”. (Dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar