Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistandan daha bir terror hədəsi gəldi

Ermənistanhavadarları yeni təxribatlara və terror aktlarına hazırlaşır.

Erməni mənbələri xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bütün hərbi arsenalını işə salaraq Azərbaycana zərbələr endirəcəyini bəyan edib. Nazirlik bu addımı Ermənistan sərhədləri pozulacağı təqdirdə atacağını bildirib.

Azərbaycan müharibəni öz ərazisində aparır. Məqsəd işğal olunmuş torpaqları azad etməkdir. Bakı bu məqsədini dəfələrlə açıq şəkildə bəyan edib. Qarabağda eskalasiya başlayandan bu günə qədər Azərbaycan Ermənistan sərhədlərini pozmayıb, mülki vətəndaşları və obyektləri hədəfə almayıb.

Hər halda buna dair erməni uydurmalarından başqa tutarlı fakt yoxdur. Əksinə, Ermənistan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən rayon və şəhərlərini atəşə tutub. Təkcə oktyabrın 9-da Gəncənin raket atəşinə tutulması nəticəsində 9 nəfər mülki şəxs dünyasını dəyişib, 30 nəfərdən çox vətəndaş isə ağır yaralanıb. Ermənistanın mülki insanları və obyektləri hədəfə alması bundan sonra da davam edir.

Ermənistan Müdafiə Nazirliyinin bəhs etdiyimiz bəyanatına gəlincə, bu münaqişənin miqyasını artırmaqla bağlı planın tərkib hissəsi hesab edilə bilər. İrəvan müharibənin ilk günlərindən rediondakı maraqlı oyunçuları, xüsusilə Rusiyanı münaqişəyə cəlb etməyə çalışıb. Gəncəyə, Kürdəmirə, Qəbələyə, Tərtərə və Qarabağa aid olmayan digər ərazilərə raket atılmasının arxasında da bu niyyət dayanır. İrəvan bununla Bakını təxribata çəkərək Ermənistana adekvat cavab verməyə məcbur etmək və bununla da Azərbaycanın təcavüzkar obrazını yaradaraq müttəfiqi Rusiyanın bölgəyə girməsini şərtləndirmək istəyir.

Bu bəyanat həm də onu deməyə əsas verir ki, Ermənistan sərhədlərinin pozulduğunu bəhanə edərək növbəti dəfə Azərbaycanı terrora məruz qoya bilər.

Yeri gəlmişkən, Qarabağda gedən müharibə Ermənistan Ordusunun kifayət qədər zəif olduğunu, hərbi arsenalında köhnə silahların üstünlük təşkil etdiyini üzə çıxarıb. Müdafiə Nazirliyinin bəyanatından belə anlamaq olar ki, İrəvan hərbi arsenalına yeni silah əlavə edib. Ona görə də çox arxayınlıqla Azərbaycanı təhdid edir. Bu işdə onun havadarlarından dəstək alması şübhəsizdir.

Ermənistanın Azərbaycana sarsıdıcı zərbə vura biləcək silahı yoxdur. Azərbaycan Ordusu bu ölkənin hərbi texnikasının xeyli hissəsini məhv edib, xeyli hissəsinin isə qənimət kimi ələ keçirib. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bunlarda bu qədər silah hardandır ki, Azərbaycanı təhdid edirlər? Sualın cavabı bəllidir: Məsələyə ədalətsiz yanaşan, vasitəçilik missiyası ilə Bakını təzyiq altında saxlamağa çalışan havadarlarından. (yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar