Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 69 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6713-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 413 928 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 4906 nəfər təşkil edib. Ümumilikdə 303 831 xəstə sağalıb.
pia.az