Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın qərarları zibil qutusuna atılır - Bayden ilk iş günü bu qərarları verəcək

Co Bayden ABŞ-ın prezidenti postunu rəsmən tutduğu ilk gündə iqlim dəyişikliyi ilə əlaqədar Paris Sazişinə qoşulmaq da daxil olmaqla, onlarla sərəncam imzalamağı planlaşdırır.

Musavat.com-un məlumatına görə, bu barədə CNN Prezident Administrasiyasının gələcək rəhbəri Ron Kleynə istinadən bildirib.

Ağ Evin yeni rəhbəri həmçinin əsasən müsəlman ölkələrinə qarşı tətbiq olunan səyahət qadağasını ləğv edəcək, koronavirus pandemiyası zamanı deportasiyalara son qoyulması və tələbə kreditlərinin ödənilməsi üçün fərmanlar imzalayacaq, habelə məcburi maska taxma qaydasını tətbiq edəcək.

Baydenin seçki kampaniyası zamanı ən çox verdiyi vədlərdən biri vəzifəyə gəldiyi ilk gündəcə məsələlərin operativ həlli ilə bağlı olub. Hansı vədi ki o, adətən ya prezident Donald Trampa qarşı çıxmaq, ya da müəyyən bir məsələnin nə qədər vacib olduğuna inandığını vurğulamaq üçün verirdi. Bu vədlər iqlim dəyişikliyindən tutmuş, immiqrasiya və xarici siyasətə qədər, bütün sahələr üzrə səslənmişdi.

“Yeni seçilmiş prezident Bayden seçki kampaniyası zamanı bu böhranların öhdəsindən gəlməyə başlamaq üçün dərhal hərəkətə keçəcəyini vəd eləmişdi... Prezident kimi o, öz vədlərinə əməl edəcək və onların həyata keçməsi üçün onlarla sərəncam, prezident memorandumu və təlimat imzalayaraq Nazirlər Kabinetinə göndərəcək”, - deyə Kleyn qeyd edib.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti öz vəzifəsinin icrasına rəsmən yanvarın 20-də, andiçmə mərasimindın sonra başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar