Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsus olan və Rusiyada fəaliyyət göstərən “QALS” şirkəti son bir il ərzində 5 milyon 684 min rubl (75 min 786 dollar) gəlir əldə edib.

Bu barədə məlumatı Rusiya Vergilər xidməti açıqlayıb. Məlumatda bildirilir ki, Suad Malekinin yeganə təsisçisi olduğu “QALS” şirkəti 319 min 908 rubl (4 min 265 dollar) vergi ödəyib.

Qeyd edək ki, “QALS” şirkəti 05.07.2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

Onu da qeyd edək ki, “GALS” adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. “GALS Gallery”, “GALS Beauty and Spa” və “GALS” MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC 29.03.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Sabiq Mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyətilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.

Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib. (Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar