Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Facebook-un dövlətlərə müharibəsi - Qlobal texnoloji şirkətlər dünya üzərində nəzarət ələ keçirir...

Keçən həftə Facebook ilə Avstraliya hökuməti arasında böyük bir müharibə başlayıb. Avstraliya hökuməti bu məşhur saytın xəbər məzmunu üçün milli qəzetlərə pul ödəməsini tələb edən bir qanun layihəsi qəbul edib...

Yasir Abdulaziz
“Şarkul Avsat” qəzeti, 22 fevral 2021-ci il

Minillər boyunca müşahidə olunan bəşər tarixində insanlar ancaq başqalarından uzaq durmaqla tək yaşaya bilirdilər. Ən azından “tənhalığın ustalarından” biri olan fransız filosof Mişel de Montenin (1533-1592) etdiyi şey bu idi. O, həyatının əvvəllərində, yazıları 1571-ci ildə ortaya çıxmazdan əvvəl düşünmək üçün illərlə özünü insanlarda təcrid etdi. İntibah dövrünə zəmin yaratdığı deyilən yazıları ilə bir sıçrayış həyata keçirdi.

Ancaq Mişel de Monten bu gün yaşasaydı və tək qalmaq istəsəydi, bəlkə də, dünyanın 4 nəhəng texnoloji şirkətinin - Google, Amazon, Facebook və Apple-ın məhsulları ilə əlaqəsini kəsməli olardı.

Bəzi tədqiqatçılar praktikada bu şirkətlərin məhsullarını boykot etmək fikrini sınayıblar, lakin nəticə sözün əsl mənasında “dünyadan qopmaq” olub. Çünki eynilə Montenin bizə göstərdiyi kimi, həqiqi tənhalıq hissini yaşayıblar.

Bu şirkətlərin çoxu özünəməxsus iş modelləri izləyir. Əvvəlcə insanlar üçün rahatlığı, təsnifat gücü və mütləq keçiriciliyi ilə xarakterizə olunan vitrin kimi işləməyə başlayır, sonra isə genişlənir, böyüyür, nəhəng və əhatəli bir platformaya çevrilir. Zaman keçdikcə inhisar meylləri kəskinləşir və beləliklə, istehsalçılar və istehlakçılar üçün əvəzedilməz bir dəstək modelinə çevrilir. Məhz bu məqamda şərtlərini tətbiq etməyə və hədsiz qazanc əldə etməyə başlayır.

2020-ci ildə yeni növ koronavirus (Covid-19) epidemiyası bir çox ölkədə gəlirlərin azalmasına və dünyanın əksər əmək sektorlarının iflic olmasına səbəb olub. Lakin sözügedən şirkətlər davamlı şəkildə qazanır, işləri yaxşılaşır və gözləntiləri yüksəlir. Elə son məlumatlar da 5 nəhəng texnoloji şirkət bu il 1 trilyon dollardan çox qazandığını və ümumi qazancının 24% artdığını göstərir. Təkcə Facebook təxminən 20 milyard dollar qazanc əldə edərkən, Google 34 milyard dollardan çox mənfəət əldə edib.

Bununla birlikdə, dünya yaxın zamanda bu modeldə şübhəli bir nasazlıq olduğunu başa düşüb. Çünki bu nəhəng şirkətlərdən bəziləri yayımladıqları məzmunu istehsal etmir və yalnız vitrin kimi xidmət göstərirlər. Lakin pul tökən və enerji sərf edən həqiqi istehsalçılar “böyük mənfəət tortundan” pay götürə bilmirlər. 2017-ci ilin sonuna yaxın 9 böyük Avropa xəbər agentliyi böyük sosial media şirkətlərinin haqq ödəmək imkanlarını müzakirə etmək üçün Avropa Birliyinə (AB) müraciət edib. Bu şirkətlərin başında Facebook var. Həmin tələb Facebook və digər platformaların agentliklərə qonorar ödəməsi ilə əlaqədar idi. Çünki Facebook bu xəbər agentliklərinin böyük məbləğlər qarşılığında yığdıqları xəbərləri yayımlayaraq heç bir enerji və ya pul sərf etmədən qazanc əldə edir.

Proses təxminən iki il davam etdi. Daha sonra Avropa Parlamenti qanun layihəsini təsdiqlədi. Bu da qəzetlərdə və media təşkilatlarında xəbər hazırlayan istehsalçıların bu platformalarda dərc edilən yazılara müəllif hüququ tətbiq etməsinə yol açıb. Qanuna uyğun olaraq Fransız Rəqabət Təşkilatı da Fransanın paytaxtı Parisdəki Apellyasiya Məhkəməsindən qərar əldə edib. Qərara görə, “sosial media” saytları xəbərini paylaşdıqları istehsalçılara qonorar ödəməlidirlər.

Ötən ay isə yaxşı xəbərlər gəlməyə başlayıb. Google şirkəti Fransanın “Le Figaro”, “Libération” və “Le Monde" kimi nüfuzlu qəzetlərin daxil olduğu Ümumi İnformasiya və Mətbuat İttifaqı (APIG) ilə bir müqavilə imzalayıb. Müqavilədə bu qəzetlərin xəbərlərinin istifadə edilməsi qarşılığında qonorar ödənilməsi nəzərdə tutulur. Xəbərlərə görə, buna bənzər bir razılaşma bir sıra ingilis qəzetləri ilə də bağlanılıb. Bu müqavilələr legitimliyini Avropa və beynəlxalq səviyyədə etibarlı olan “qonşu hüquqlar” prinsipindən götürən mühüm bir hüquqi bazaya malikdir. Bu prinsip yaradıcı və ya bədii məzmun dərc edən yayım quruluşlarının hüquqlarının qorunmasına kömək edir.

Keçən həftə Facebook ilə Avstraliya hökuməti arasında böyük bir müharibə başlayıb. Avstraliya hökuməti bu məşhur saytın xəbər məzmunu üçün milli qəzetlərə pul ödəməsini tələb edən bir qanun layihəsi qəbul edib. Facebook daha sonra rəsmi qurumların hesabları da daxil olmaqla, Avstraliyanın bütün xəbər saytlarına girişi bloklayıb. Rəsmi qurumların məlumatlarından xəbərdar olmaq ölkədə ictimai maraq və təhlükəsizliyin qorunması mexanizmlərinin bir hissəsi kimi qəbul edilir. Avstraliya baş naziri Skot Morrison Facebook-un bu şəkildə müharibə elan etməsinin təkəbbürlü bir addım olduğunu qeyd edərək bundan məyus olduğunu bildirib.

Facebook digər beynəlxalq liderlərlə ünsiyyət quraraq beynəlxalq dəstəyi qazanmağa çalışan Avstraliya hökumətinə qarşı bir güc siyasəti tətbiq etməyə çalışıb və nəticədə, qənaətbəxş bir həllin gözlənildiyi danışıqlar masasına geri qayıdıb.

Davam edən bu müharibədə inhisara və nəzarətə olan meyillər bu nəhəng şirkətlərin bəzi mənfi xüsusiyyətlərini üzə çıxarıb və eyni zamanda, şirkətlər daha ədalətli bir iş sistem yaratmaq üçün dünyadan dəstək gözlədiyinə da işarə edib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Facebook Google

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar