Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağıllı idarəçilik

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Prezident və hökumət nümayəndələri işğaldan azad edilmiş torpaqlara yönəlmiş “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl yaşayış”, “smart yaşam yerləri” terminləri işlədirlər, belə təkliflərlə çıxış edirlər. Qulağa xoş gələn, ürəyə yatan, doğru olan yanaşmadır.

Amma son 28 ildə elə bu hökumətə kim və ya nə mane olurdu ki, məsələn, Kürdəmiri “smart şəhər”, Beyləqanı “yaşıl yaşam məkanı”, Nehrəmi və Aşağı Ayıblını “ağıllı kənd” kimi qurmayıb?! Buna işğal, erməni terroru mane olmurdu axı. Deməli, əsas problem idarəetmədədir.

Anlayıram ki, işğaldan azad edilən ərazilərdə sıfırdan nəsə qurmaq daha asan olar, amma bu idarəetmə sistemi ilə çətin alına – çünki bütün “ağıllı”, “smart”, “yaşıl” konsepsiyaların əsasını vətəndaş, seçici, yerli özünüidarəetmə təşkil edir. Yerli özünüidarə elementi olmadan bu konsepsiyaların yuxarıdan təlimatla işlək olması mümkün deyil.

Formul belə işləyir: ağıllı şəhər = bilikli vətəndaş = təhsil sistemi = seçici = seçkili orqanlar = məsuliyyət.

İndi bir az qar yağanda infrastrukturu iflic olan Bakının da əsas dərdi idarəetmədir – seçkili mer əsas həll yollarından biridir.

İşğaldan azad edilən torpaqları doğru-düzgün qura bilsək, Bakının da yükü azalacaq. 2 milyon nəfərə hesablanan paytaxtda indi 3,5 milyon əhali yaşayır, bu, infrastruktur kollapsının digər səbəbidir. Problemin həll üçün isə iqtisadi fürsətlərin ölkə üzrə ədalətli və ağılla paylanması məsələsi də həll edilməlidir – bu da yenə idarəetmə problemidir…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ərik “vətənpərvərliyi”, və ya Marqaritanın “şaftalıları”

Natiq Cəfərli: "Rövşən, ay Rövşən", deyib ağlayırdı...  

Babamın alma ağacı, və ya Simonun “çirkli” işi 

"Allah keç kimi keçmiş və indiki məmurların gününə salmasın"

"Bu, o demək deyil ki, hakimiyyətə kim qarşıdırsa, müttəfiqimdir" - Natiq Cəfərli

Ən çox oxunanalar