Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan Rusiyadan uzaqlaşıb Türkiyə ilə yaxınlaşmaqla bir növ balans yaratmağa çalışır...

Artıq Paşinyan səviyyəsində Ermənistanın Aİ üzvlüyünə namizəd olacağı barədə fikirlər səsləndirilir...

Turan Rzayev: “İndiki məqamda Ermənistanın Avrasiya İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması real deyil”.

“Kənd təsərrüfatı məhsullarının bloklanması, habelə Rusiyada çalışan Ermənistan vətəndaşlarının ölkədən çıxarılması, paralel olaraq Ermənistana sayılan silahların dayandırılması və s. kimi faktorlar var ki, bu reallıqlar fonunda Ermənistanın Rusiya ilə radikal formada münasibətləri dəyişdirməsi inandırıcı deyil”.

Bu sözləri politoloq Turan Rzayev Rusiya xarici işlər nazirinin Ermənistanı qarşı sərgilədiyi sərt mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov “Antalya Diplomatiya Forumu 2024” çərvisəndə verdiyi açıqlamalarda Ermənistana qarşı çox sərt möve sərgiləyib. Hazırda isə iki ölkıə arasında gərginliyin ipləri qopmuş kimi görünür. Artıq Paşinyan səviyyəsində Ermənistanın Aİ üzvlüyünə namizəd olacağı barədə fikirlər səsləndirilir. Həmçinin Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı da hakim dairələr açıq çağırışlar edirlər.

Aİİ üzvü olan bir ölkə liderinin Avropa İttifaqına üzv olmaqla bağlı səsləndirdiyi fikirləri necə dəyərləndirmək olar və Ermənistanın həm KTMT-dən, həm də Aİİ-də çıxması, eyni zamanda Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan bu ölkə üçün hansı iqtisadi və siyasi nəticələr doğura bilər?

Ermənistanın yürütdüyü xarici siyasəti Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Paşinyan indiki məqamda Türkiyə ilə münasibətləri normallaşdıraraq, ən azından Türkiyə üzərindən Avropaya çıxışı əldə etmək istəyir”.

Müharibə olmasa belə, Avropa İttifaqının zəif iqtisadiyyatı olan və davamlı surətdə ölkə xaricinə köç verən Ermənistanı təşkilata qəbul etməsinin real olmadığını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan Avropa İttifaqına heç bir yenilik qatmayacaq:

“İndiki məqamda Ermənistanın Avrasiya İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması real deyil. RusiyaErmənistan arasında siyasi münasibətlər hər nə qədər pozulsa da, reallıq ondan ibarətdir ki, Ermənistan ciddi mənada Rusiyadan asılıdır. Burada iqtisadi asılılıq daha önəmli bir faktordur.

Nəzərə almaq lazımdır ki, bir müddət öncə Sart keçid məntəqəsinin bağlanması fonunda Ermənistanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına çıxa bilmədi və bu bir neçə gün davam etdiyinə görə Ermənistana milyon dollarla zərər dəydi. Bu gün Rusiyanın Ermənistana təzyiq riçarqları çoxdur. Qeyd etdiyim, kənd təsərrüfatı məhsullarının bloklanması, habelə Rusiyada çalışan Ermənistan vətəndaşlarının ölkədən çıxarılması, paralel olaraq Ermənistana sayılan silahların dayandırılması və s. kimi faktorlar var ki, bu reallıqlar fonunda Ermənistanın Rusiya ilə radikal formada münasibətləri dəyişdirməsi inandırıcı deyil. Əgər bu baş verərsə, Ermənistan üçün ciddi ziyan olacaq. Xüsusilə, iqtisadi ziyanların belə, Qərbin yardımı ilə tezliklə aradan qaldırılması çətin görünür.

Ümumiyyətlə, Avropa İttifaqına bir çox ölkələr qoşulmaq istəyir. Bunlardan Moldova, Ukrayna, Gürcüstanı demək olar. Hər üç ölkənin də problemləri var. Ermənistan özü də real müharibə şəraitində olan bir ölkədir. Yəni Azərbaycanla sülh müqaviləsi imzalanmadığı təqdirdə Ermənistanın Avropa İttifaqına namizədliyi belə qəbul edilməyəcək. Amma müharibə olmasa belə, Avropa İttifaqı zəif iqtisadiyyatı olan və davamlı surətdə ölkə xaricinə köç verən Ermənistanı təşkilata qəbul etməsi real deyil. Yəni Ermənistan Avropa İttifaqına heç bir yenilik qatmayacaq. Əksinə Ermənistan üzərindən Yaxın Şərqdən bir çox insanlar miqrant kimi Avropa İttifaqına köç edə bilər. Avropa İttifaqı da belə bir riski heç vaxt gözə ala bilməz.

Turan Rzayev: “Bu reallıqlar fonunda Paşinyanın daha ehtiyyatlı addımlar atması lazımdır”.

Bu gün Avropa İttifaqına daha çox inkişaf etmiş və güclü iqtisadiyyata malik olan ölkələr lazımdır ki, belə ölkələrin qəbul edilmə prosesi daha yumuşaq olur. Misal üçün, NATO-nu da göstərmək olar. İsveçrə, Finlandiyanın NATO-ya üzvlüyü çox tez başa gəldi. Amma Ukrayna, Moldova, Gürcüstan və Ermənistan üzv olmaq istəsələr belə, belə asanlıqla üzv ola bilməyəcəklər.

Bu mənada, Paşinyan indiki məqamda Türkiyə ilə münasibətləri normallaşdıraraq, ən azından Türkiyə üzərindən Avropaya çıxışı əldə etmək istəyir. Ermənistan Rusiya ilə uzaqlaşmağı Türkiyə ilə yaxınlaşmaqla paralel apararaq bir növ balans yaratmağa çalışır. Amma yenə də Rusiyanın təsir gücü və Ermənistanın Rusiyadan asılılığı önəmli bir faktordur. Bu reallıqlar fonunda Paşinyanın daha ehtiyyatlı addımlar atması lazımdır. Əslində üzdə hər nə qədər radikal addımların atılması göstərilsə də, siyasi tərəf belədir. İqtisadi baxımından Paşinyan da yaxşı bilir ki, Rusiyaya ehtiyacları var”.

Nəriminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar