Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın tələb etdiyi səviyyədə münasibətlərin qurulması əslində Ankaranı kiçik düşürmürmü?

Dövlət rəmzlərində Türkiyəyə qarşı ərazi iddalaı irəlü sürən bir ölkənin Ankara ilə qeyd-şərtsiz bütün sahələrdə normal münasibətlər tələb etməkdə əsil məqsədi nədir...

Politoloq: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Türkiyənin ortaya qoyduğu bir şərt var. Bu şərt də Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırılmasıdır”.

“Türkiyə Ermənistana qarşı addımlar atır və bildirir ki, əgər Ermənistan barışıq istəyirsə, Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.

Bu sözləri politoloq Samir Hümbətov Türkiyə-Ermənistan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək” deyib. Eyni zamanda Ermənistanla münasibətlərin normallaşması üzrə Türkiyə prezidentinin nümayəndəsi Sərdar Qılıc hətta danışıqlar aparmaq üçün İrəvana getməyə hazır olduğunu bildirib.

Türkiyə ilə münasibətlərin normallaşması üzrə Ermənistan hökümətinin nümayəndəsi Ruben Rubinyan isə “Antalya Diplomatiya Forumu”nda bildirib ki, o, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlı qalması ilə bağlı heç bur səbəbə görmür. Halbuki beynəlxalq səviyyədə Türkiyəyə qarşı illərdəir qondarma “erməni soyqırımı” ittihamları çıxış edən Ermənistanın təmsil edəl Rubinyan unudur ki, faktiki olaraq bu ölkənin qanunvericiliyində, hquqi sənədlərində və dövlət rəmzlərində Türkiyəyə qarşı ərazi iddası var.

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırması prosesini necə dəyərləndirmək olar və bu proses hansısa yol qət edibmi? Digər tərəfdən, dövlət rəmzlərində Türkiyəyə qarşı ərazi iddalaı irəlü sürən bir ölkənin Ankara ilə qeyd-şərtsiz bütün sahələrdə normal münasibətlər tələb eetməkdə əsil məqsədi nədir və İrəvanın tələb etdiyi səviyyədə münasibətlərin qurulması əslində Ankaranı kiçik düşürmürmü?

Türkiyə-Ermənistan yaxınlaşmasını Poliqon-un əməkdaşı Diplomatiya və Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Ermənistanın gələcək iqtisadi asılılığı da Azərbaycan və Türkiyə ilə münasibətlərin normallşmasından keçir”.

Yaxın müddət ərzində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırmaq üçün addımların atılacağını düşünən politoloq Poliqon-a açıqlamasındaqeyd edib ki, təbii ki, bunun üçün Türkiyənin irəli sürdüyü şərtlər də həyata keçirilməlidir:

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Türkiyənin ortaya qoyduğu əsas bir şərt var. Bu şərt də Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırılmasıdır. Əslində Ermənistanın Azərbaycanı münasibətlərini normallaşdırması elə Türkiyə ilə münasibətləri normallaşdırması şərti əsasında həyata keçirilir. Yəni bu gün faktiki olaraq Ermənistanın həm konstitutsiyasında, həm də dövlət atributlarında Azərbaycana və Türkiyəyə qarşı iəazi iddiaları var. Bunlar aradan qalxmalıdır və bu birmənalı şəkildə ortaya qoyulan məqsəddir. Buna görə də, Ermənistan konstitutsiyasında hüquqi bazaslnda və dövlət rəmzlərində dəyişiklik etməlidir.

İkinci bir tərəfdən, Türkiyə Ermənistana qarşı addımlar atır və bildirir ki, əgər Ermənistan barışıq istəyirsə, Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Eyni zamanda Ermənistanın gələcək iqtisadi asılılığı da Azərbaycan və Türkiyə ilə münasibətlərin normallşmasından keçir. Ermənistan əhalisinin rahat yaşamaq, işləmək imkanları Türkiyə üzərindən daha rahat təmin oluna bilər. Bunu da Ermənistan tərəfi bilir.

Samir Hümbətov: “Ermənistanın yavaş-yavaş Türkiyə ilə yaxınlaşmaqda maraqlı olduğu görünür”.

Düşünürəm ki, yaxın müddət ərzində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırmaq üçün addımlar atılacaq. Ancaq Türkiyənin irəli sürdüyü şərtlər də həyata keçirilməlidir.

Birinci olaraq, Türkiyə ərazilərinin Ermənistanın embremasından çıxarılmalıdır.

İkinci, Azərbaycan əraziləri Ermənistanın konstitutsiyasından çıxarılmalıdır.

Eyni zamanda da soyqırım məsələsi ortadan götürülməlidir. Bunlardan sonra Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş ola bilər. Ermənistanın yavaş-yavaş Türkiyə ilə yaxınlaşmaqda maraqlı olduğu görünür. Amma təbii ki, şərt maraqlı olmaqda deyil. Əməldə addımlar atılmalıdır. Bununla bağlı da tədbirlər görülə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar