Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan hüquqi şəkildə rəsmi olaraq KTMT-dən çıxa bilər...

Sergey Lavrov bildirdi ki, Rusiya Ermənistanın KTMT ilə bağlı yekun qərarının nə olacağını gözləyir...

Kənan Novruzov: “Ermənistan təhlükəsizliyinə Qərbdən ciddi şəkildə təminat almasaydı, belə addımlar da atmazdı. Çünki bu addımlar çox riskli addımlardır”.

“Ssenari Ermənistanda işə düşəndən sonra artıq nə Ermənistanın, nə də Paşinyanın taleyi Qərbi maraqlandırmayacaq”.

Bu sözləri politoloq Kənan Novruzov Ermənistanın xarici işlər nazirinin Ermənistana verdiyi mesajları Poliqon-a şərh edərkən qeyd edib.

Sergey Lavrov Ermənistana çox açıq şəkildə mesajlar verdi və bildirdi ki, Rusiya Ermənistanın yekun qərarının nə olacağını gözləyir. Eyni zamanda Lavrov bildirdib ki, erməni həmkarları, erməni tərəfdaşları yaşamağa necə davam etmək istədiklərinə və onlara müxtəlif inteqrasiya strukturlarında (o cümlədən KTMT) bağlayan razılaşmaları qarşılıqlı əsasda necə həyata keçirmək istədiklərinə özləri qərar versinlər. Diqqət çəkən başqa bir məsələ isə o oldu ki, burada təcrübəli diplomat Lavrov Ermənistan üçün bundan sonra “biz görəcəyik, yaşamağa necə davam edəcəklər” ifadəsi olub.

Lavrovun bu ifadəni işlətməsi əslində İrəvana ən yüksək səviyyədə diplomatik təhdid kimi dəyərləndirilə bilərmi? Ümumiyyətlə, Rusiya-Ermənistan münasibətlərində hansı sürprizlər ola bilər?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı “Report” İnformasiya Agentliyinin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Rusiyanın hazırkı soyuqqanlı mövqeyi bir az da davam etsə, Ermənistan daha kəskin addımlara gedə bilər və hüquqi şəkildə KTMT-dən çıxa bilər”.

Rusiya-Ermənistan münasibətlərinin daha əvvəlki kimi olmayacağını proqnoz edən politoloq Poliqon-a bildirib ki, Ermənistandakı Rusiya bazası faktiki olaraq Ermənistan üçün təhdid obyektidir:

Rusiya ilə Ermənistan arasında gərginlik faktiki olaraq artan templə davam edir. Bunun bir qolu da rəsmi İrəvanın KTMT-dakı fəaliyyəti, iştirakı ilə bağlıdır. Ümumiyyətlə, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən bu ssenari az-çox bəlli idi. Çünki Paşinyan Qrəb meyilli siyasətçi idi, onu Qərb hakimiyyətə gətirmişdi və Qərb bu gün həyata keçirdiyi planları, ssenariləri 2018-ci ildən hesablamışdı. Bu planın kökü oradan gəlir.

İndi Ermənistan əslində kifayət qədər radikal addımlar atır və Paşinyan, digər rəsmilər radikal bəyanatlar verir. Aydındır ki, Ermənistanın bu davranışları Qərbin təlimatlarıdır. Düşünürəm ki, Ermənistan təhlükəsizliyinə Qərbdən ciddi şəkildə təminat almasaydı belə addımlar da atmazdı. Çünki riskli addımlardır.

Burada Qərbin iki məqsədi var:

Birincisi, Qərb Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək istəyir.

İkincisi, Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirlərinin qarşısını minimuma salmaq istəyir.

Ehtimal olunan variantlardan biri də odur ki, Qərb Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmağa çalışır və Rusiyanı qıcıqlandırır. Məsələn Ukraynada müharibəni necə başladı? Qərb Ukrayna vasitəsilə Rusiyanı qıcıqlandırdı,təhrik etdi və müharibə başladı. İndi də demək olar ki, oxşar ssenaridir. Sadəcə olaraq, indi Rusiya soyuqqanlı, təmkinli davranır və diqqətli olur. Çünki RusiyaErmənistana müdaxiləyə çəkirlər. Rusiya da Ermənistana müdaxilə etsə, işi çətinləşəcək. Çünki iki cəbhədə vuruşmalı olacaq.

Kənan Novruzov: “Paşinyanı aradan götürmək Rusiya üçün heç də çətin deyil. Bu Rusiya üçün daha asandır, nəyinki siyasi cəhətdən Paşinyana təzyiq etmək”.

Amma düşünmürəm ki, Rusiya Ermənistanın meydan oxuma cəhdlərinin altında qala. Rusiyanın hazırkı soyuqqanlı mövqeyi bir az da davam etsə, Ermənistan daha kəskin addımlara gedə bilər və hüquqi şəkildə KTMT-dən çıxa bilər. Ermənistan bunu da yavaş-yavaş edəcək. Paşinyan hər nə qədər təzyiqlərə, təlqinlərə məruz qalsa da, ağıllı siyasətçidir.

Ümumiyyətlə, Rusiya-Ermənistan münasibətləri daha əvvəlki kimi olmayacaq. Ermənistandakı Rusiya bazası faktiki olaraq Ermənistan üçün təhdid obyektidir. Paşinyanın həm hakimiyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır. Paşinyanı aradan götürmək Rusiya üçün heç də çətin deyil. Bu Rusiya üçün daha asandır, nəyinki siyasi cəhətdən Paşinyana təzyiq etmək.

Rusiya ilə əlaqələrin kəsilməsi Ermənistanın iqtisadiyyatı, hərbi sahəsi, siyasəti üçün də çətin olacaq. İndiyə kimi Ermənistan Rusiyadan aldığını Qərbdən, Fransadan almalı idi. Amma nəzərə almalıyıq ki, istər Qərb, istər ABŞ-ın kəndiri ilə quyuya düşmək olmaz. Biz bunu Ukraynada, Gürcüstanda gördük. Bu ssenari də Ermənistanda işə düşəndən sonra artıq nə Ermənistanın, nə də Paşinyanın taleyi Qərbi maraqlandırmayacaq. Bu baxımdan düşünürəm ki, Ermənistan Qərbin kəndiri ilə quyuya düşməməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar