Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir

Avropa İttifaqı (Aİ) Şurası bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasında (COP29) uğurlu nəticələr əldə etmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir...

Poliqon xəbər verir ki, bu barədə “yaşıl diplomatiya” üzrə görüşün yekunlarına dair bəyanatda bildirilib.

“Təşkilat Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda COP28-ə ev sahibliyi etdiyi üçün təşəkkür edir və BƏƏ Konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və COP30-la bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün tərəfdaşlarla, o cümlədən “üçlük”lə - Birləşmiş Ərəb Əmirlikləri və gələcək COP sədrləri - Azərbaycan və Braziliya ilə işləməyi səbirsizliklə gözləyir”, - bəyanatda qeyd edilib.

Aİ Şurası vurğulayıb ki, dayanıqlı gələcəyi təmin etmək üçün COP28 və biomüxtəlifliyə dair qlobal çərçivə proqramında razılaşdırılmış qlobal öhdəliklərin yerinə yetirilməsi vacibdir: “Bu fonda Aİ BMT-nin Bakıda və Belendə keçiriləcək növbəti iqlim konfranslarında uğurlu və iddialı nəticələr əldə etmək üçün bütün tərəfdaşlarla işləməyi, həmçinin Kolumbiyada Bioloji Müxtəliflik üzrə növbəti Konvensiya üzərində işləməyi səbirsizliklə gözləyir”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar