Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoldaş Zülümov”un doğum günüdür

Martın 22-də Azərbaycan SSR Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 110-cu ildönümü tamam olur...

Oxu.Az xəbər verir ki, L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, daha sonra isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb.1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, “Tulio” (“Rəqs müəllimi”), “Rəşid” (“Kimdir müqəssir?”), “Tağı” (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), “Nadir” (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

O, sanki bu dünyaya insanları güldürmək üçün gəlib. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilib. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırıb. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi olub.

Onun zəngin obrazlar qalereyasına “Vəli” və “Soltan bəy” (“Arşın mal alan”), “Hambal”, “Cəfər” və “Məşədi İbad” (“Məşədi İbad”), “Kəblə Heydər” (“Evliykən subay”), “Vəli” və “Sandro” (“Aşıq Qərib”), “Qulu” (“Əlli yaşında cavan”), “Kərim” (“Lənkəran xanının vəziri”), “Qulaməli” (“Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), “Trufaldino” (“İki ağanın bir nökəri”), “Hamlet” (“Tiflis nəğməsi”), “Avo” (“Şirin arzular”), “Çako” (“Keto və Kote”) və digər əsərlər daxildir.

L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) “Vəli” rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə” obrazını Leyla Bədirbəyli, “Vəli” rolunu Lütfəli Abdullayev oynayacaq”, - deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor, həmçinin “Əhməd haradadır?” (“Zülümov”), “Ulduz” (“Məhəmməd”), “Qəribə əhvalat” (“Kefcilov”) filmlərinə çəkilib.

Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilib, ən yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar