Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi 24 mart 1872-ci ildə dünyaya göz açıb...

Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb.

Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd Səid Ordubadi “Qılınc və qələm” (1946-1948), “Dumanlı Təbriz” (1933-1948), “Gizli Bakı” (1940), “Döyüşən şəhər” (1938) kimi tarixi romanlarının müəllifidir.

Fəqirin ailəsi həmişə çətinliklə dolanıb. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçib. Atasının ölümündən sonra yeddi yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlayıblar, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olub.

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində alıb. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsl təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə - üsuli-cədid məktəbində alır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynayıb.

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət, 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Tsaritsın şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçir. Qışın ən şiddətli soyuqlarında etapla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozur. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi Vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.

1914-cü ildə Bakıda ədibin “Bədbəxt milyonçu” və “Əndəlüsün son günləri, yaxud Qrenadanın təslimi” əsərləri çapdan çıxır, daha sonra “Babayi-Əmir”, “Tuti”, “Qardaş köməyi” və sairə jurnal və qəzetlərin səhifələrində şeir və felyetonları dərc olunur.

M.S.Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.(oxu.az)

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar