Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Baş komandanı: Cəbhədə vəziyyət həqiqətən də ağırdır...

Ukrayna Silahlı Qüvvələri üçün döyüş bölgəsində vəziyyət hələ də çətin olaraq qalır...

Poliqon xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

"Cəbhədə vəziyyət həqiqətən də ağırdır. Şübhəsiz ki, hər gün əsgər və zabitlərimizdən maksimum səy tələb edilir. Amma biz təkcə müdafiədə durmuruq, həm də hər gün müxtəlif istiqamətlərdə irəliləyirik. Son zamanlar bərpa etdiyimiz mövqelərin sayı itirilmiş mövqelərin sayından çoxdur. Düşmən strateji istiqamətlərdə ciddi irəliləyiş əldə edə bilmədi, onun ərazi qazanmaları, əgər varsa, taktiki əhəmiyyət kəsb edir. Biz bu vəziyyəti izləyirik", deyə Ukrinform Agentliyi onun sözlərindən sitat gətirir.

Aleksandr Sırski rusların itkilərindən də danışıb:

"Təkcə bu ilin fevral-mart aylarında (martın 26-na olan məlumata görə) düşmən 570-dən çox tankı, 1430-a yaxın zirehli döyüş maşını, 1680-ə yaxın artilleriya sistemi və 64-ə yaxın hava hücumundan müdafiə sistemlərini itirib. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri əsas yüksəklikləri və müdafiə zonalarını nəzarətdə saxlamaqda davam edir. Məqsədimiz ərazilərimizin itirilməsinin qarşısını almaq, düşməni mümkün qədər tükəndirmək, ona maksimum itki vermək, hücum hərəkətləri üçün ehtiyatlar formalaşdırmaq və hazırlamaqdır".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar