Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-Azərbaycan əlaqələri güclənəcək”


"Əsrin müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində ABŞ dövlət katibi Con Kerrinin məktubu oxunub


Tədbirdə çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn deyib ki, “Əsrin müqaviləsi” tarixi müqavilə olub və uzun illərdir uğurlu olduğunu sübut edib. O bildirib ki, ABŞ prezidenti Barak Obama Cənub Qaz Dəhlizini dəstəkləyir: “Bu gün biz layihənin yeni mərhələsinə başlayırıq. Layihə çox zamanında həyata keçirilir. Heç bir ölkə bir dövlətdən asılı olmamalıdır. Enerji təchizatı şaxələndirilməlidir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək. Bu, təkcə 3 ölkənin deyil, digər Avropa ölkələrinin də layihəsidir. Artıq biz bu mühüm layihənin icrasına başlayırıq. Bizim əlaqələrimiz çox güclüdür. Yeni layihələr bu əlaqələri daha da gücləndirəcək”.

Daha sonra o, ABŞ dövlət katibi Con Kerrinin məktubunu oxuyub. Məktubda qeyd edilir ki, Azərbaycan nəhəng neft hasilatçısına çevrilib: “ABŞAzərbaycan arasında əlaqələr güclü olub. Bu əlaqələr bundan sonra daha da güclənəcək. Bu layihə Azərbaycan, Türkiyə və Avropa üçün mühüm əhəmiyyət kəsb edir. 96 il əvvəl Azərbaycan əzmkarlıq nümayiş etdirib. Azərbaycan bu gün də əzmkarlığını davam etdirir. ABŞ Cənub Qaz Dəhlizi kimi tarixi layihədə yaxından iştirak etməyə hazırdır”.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Ən çox oxunanalar